Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz > “İyundan etibarən heç bir çayın suyu Urmiya gölünə daxil olmayıb”
“İyundan etibarən heç bir çayın suyu Urmiya gölünə daxil olmayıb” |
Bu barədə, Gölün Bərpası Qərargahının Qərbi Azərbaycan əyaləti üzrə ofisinin rəhbəri Fərhad Sərxoş məlumat verib.
Sərxoş Urmiya gölündə suyun səviyyəsinin azalmasını həmin məsələ ilə əlaqələndirərək qeyd edib ki, keçən illərdən fərqli olaraq bu il isti mövsümün başlanğıcından etibarən gölə heç bir çayın suyu daxil olmayıb. Rəsmi bu hərəkətin səbəbi haqqında məlumat verməyib. O qeyd edib ki, oktyabr ayından başlayaraq çayların suyu yenidən Urmiya gölə axıdılacaq. Sərxoş gölün ərazisinin hazırda 2 min 869 kvadrat kilometr olduğunu bildirib. Sərxoşun dediyinə görə, bu rəqəm keçən il ilə müqayisədə 55 kvadrat kilometrdir azdır. Uzunmüddətli sahə ilə müqayisədə isə gölün ərazisi 1540 kvadrat kilometrdir kiçilib. Qeyd edək ki, son illərdə Urmiya gölünə axan çayların üzərində 30-dan çox bəndin tikilməsi, eləcə də gölün üzərində suyunun sirkulyasiyasının qarşısını alan 14 kilometr uzunluğunda yolun salınması nəticəsində dünyanın 3-cü ən böyük duzlu gölü sürətlə qurumağa başlayıb. Geri dön |