Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz > Qərbi Azərbaycanda koronavirus qurbanlarının sayı 842 nəfərə çatıb
Qərbi Azərbaycanda koronavirus qurbanlarının sayı 842 nəfərə çatıb |
Qərbi Azərbaycanın Koronavirusa Qarşı Mübarizə Qərargahının müavini İrəc Mühibbinin açıqlamasına əsasən, xəstəxanada müalicə alanlardan 126 nəfərinin COVID-19 testi pozitiv çıxıb.
Mühibbi Qərbi Azərbaycanda koronavirus qurbanlarının ümumi sayının 842 nəfərə çatdığını bildirib. “İnfeksiyaya yoluxanlardan 103 nəfər reanimasiya şöbəsində müalicə alır. Onlardan 18 nəfərinin vəziyyəti ağırdır və ventilyasiya (süni tənəffüs) aparatına bağlıdır,” deyə o qeyd edib. Zəncan əyalətində isə Tibb Universitetinin rektoru Pərviz Qızılbaşın verdiyi məlumata əsasən, bu günə kimi 9 min 544 nəfər koronavirus şübhəsi ilə xəstəxanalarda müalicə alıb. Qızılbaşın sözlərinə görə, Zəncanda son 24 saatda daha 2 nəfər koronavirusdan dünyasını deyişib. Beləcə də əyalətdə koronavirusdan ölənlərin ümumi sayı 420 nəfərə çatıb. Rəsmi xəstəliyə yoluxanlardan 2 min 677 nəfərinin tam sağaldığını bildirib. Qızılbaş həmçinin qeyd edib ki, hazırda 288 nəfər koronavirus şübhəsi ilə əyalətin xəstəxanalarında müalicə alır. Ərdəbildə isə hazırda koronavirusa yoluxan 242 nəfər xəstəxanalarda müalicə alır. Onlardan 58 nəfəri reanimasiya şöbəsinə yerləşdirilib. Ərdəbil Tibb Universitetinin rektor müavini Məhəmməd Rza Rzayinin verdiyi məlumata əsasən, əyalətdə son 24 saatda 32 yeni koronavirusa yoluxma faktı aşkarlanıb, 3 nəfər isə bu xəstəlikdən dünyasını dəyişib Geri dön |