Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Hindistanda ötən sutka 67 min 151 yoluxma qeydə alınıb
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm, Sağlıq > Hindistanda ötən sutka 67 min 151 yoluxma qeydə alınıb

Hindistanda ötən sutka 67 min 151 yoluxma qeydə alınıb


Ötən sutka ərzində Hindistanda COVID-19 infeksiyasına 67 min 151 yoluxma halı qeydə alınıb.

Hindistanın Federal Səhiyyə Nazirliyini xəbər verir ki, ölkədə ümumi yoluxma hallarının sayı 3 milyon 234 min 475 nəfərə çatıb. Ötən sutka ərzində COVID-19 səbəbindən 1059 ölüm halı baş verib. Bununla da Hindistanda pandemiya qurbanlarının sayı 59 min 449-a çatıb. Ardıcıl 8 sutkadır ki, Hindistanda gündəlik yoluxma sayı 60 mindən çox olur.

Oksford Universitetinin "AstraZeneca" şirkəti ilə birgə hazırladıqları peyvəndin Hindistanda sınaqlarına başlanılacaq. Könüllülük prinsipi əsasında seçilmiş 6 nəfər peyvəndin 2-ci mərhələ kliniki sınaqlarında iştirak edəcək.

Qeyd edək ki, Hindistan COVID-19 virusuna yoluxanların sayına görə ABŞ və Braziliyanın ardından üçüncü sıradadır. Ən pis vəziyyət Maharştra və Tamil Nadu ştatlarında, paytaxt Dehlidədir.

Geri dön