Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Əlbürz əyalətində koronavirusdan ölənlərin sayı 914 nəfərə çatıb
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz > Əlbürz əyalətində koronavirusdan ölənlərin sayı 914 nəfərə çatıb

Əlbürz əyalətində koronavirusdan ölənlərin sayı 914 nəfərə çatıb


Bu barədə avqustun 26-da məlumat yayan Əlbürz Tibb Universitetinin rektoru Məhəmməd Fəthi deyib ki, ötən bir gün ərzində “Covid-19” infeksiyasına yoluxmuş daha 60 nəfər xəstəxanalara yerləşdirilib: “Ölkədə koronavirus yayılmağa başladığı gündən indiyədək Əlbürz əyalətində bu xəstəliyə yoluxma səbəbilə ümumilikdə 14 977 nəfər xəstəxanalara yerləşdirilib. Hazırda isə əyalətin müxtəlif xəstəxanalarında pandemiya xəstəliyinə yoluxan 418 nəfər müalicəsini davam etdirir.


Həmçinin dünəndən bu günə qədər 52 nəfər isə xəstəlikdən tam sağalaraq evə buraxılıb və bununla da indiyədək evə buraxılanların sayı 13 627 nəfərə yüksəlib. Təəssüflər olsun ki, son 24 saat ərzində virusa yoluxmuş daha 7 nəfərin öldüyü qeydə alınıb və bununla da Əlbürz əyalətində bu günə qədər koronavirusdan vəfat edənlərin sayı 914 nəfərə çatıb” –deyə, Əlbürz Tibb Universitetinin rektoru Məhəmməd Fəthi bəyan edib.

Geri dön