Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Xəbərlər, Siyasət, Özəl xəbər, Fərəc Quliyev > “Künc-bucaqda Azərbaycanı qarışdırmağa çalışan qüvvələr var” - partiya sədri
“Künc-bucaqda Azərbaycanı qarışdırmağa çalışan qüvvələr var” - partiya sədri |
Fərəc Quliyev: “Bu gün başqa dövlətlərdən örnək götürüb ölkəmizdə qarışıqlıq salmağa cəhd etmək olmaz”
Azərbaycan müxalifəti indi də Belarusda avqustun 9-dakı prezident seçkilərindən sonra gedən proseslərdən təsirlənməyə başlayıb. Hətta demokratik düşərgə bu ölkədə baş verənlərdən sevincini gizlədə bilmir. Ara-sıra həmin inqilabı proseslərin Azərbaycana keçə biləcəyi yönündə müxalif camiənin fikirlərinə də rast gəlirik. İndiyə qədər bu tipli hallarla cəmiyyət çox üzləşib. 2003-05-ci illərdən etibarən zəifləməyə doğru gedən ölkə müxalifəti ümid dolu gözlərini digər ölkələrdə, xüsusilə, MDB məkanında yaşananlara daha çox dikir. Əvvəlcə, 2003-cü ildə Gürcüstanda “Qızılgül inqilabı” baş verəndə Azərbaycan müxalifəti bunun tezliklə ölkəmizə sıçrayacağını deyirdi. Bunun ardınca Ukrayna, Qırğızıstanda eyni proseslər getdi və müxalifətimiz oxşar fikirləri səsləndirdi. Sonrakı illərdə adlarını çəkdiyimiz ölkələrin hər birində təkrar inqilablar baş verdi və Azərbaycan müxalifəti təkrar fikirləri səsləndirməkdən əl çəkmədi. Milli Dirçəliş Hərəkatı Partiyasının sədri, sabiq deputat Fərəc Quliyev dedi ki, adını çəkdiyimiz ölkələrdəki prosesləri nəzərdən keçirsək, görərik ki, baş verənlər xalqın iradəsindən daha çox maraqlı dövlətlərin planlarıdır: “Açıq-aydın bir çox dövlətlərin harada marağının olduğunu ifadə etməsinin özü də onu göstərir ki, o ölkələrdə öz adamlarını iş başına gətirməyə çalışırlar. Hər kəs bütün imkanları ilə çalışır ki, onların maraqlarını ifadə edən qurumlar, qüvvələr iş başına gəlsinlər. Paşinyan iş başına gələndən sonra açıq şəkildə Sorosun bir çox görəvlilərinə hakimiyyət təmsilçiliyi verdi, işlə təmin etdi. Yəni dəstək alıb, onlarla bir yerdə oldu. Adlarını çəkdiyimiz dövlətlərin talelərinə baxaq. O ölkələrdə parçalanma, kataklizmlər içərisində düşmənçilik, vətəndaş müharibəsinin getməsi kimi amillər var. Bunu heç bir xalqın özü arzulamaz. Bütün bunları orada törədənlər öz maraqları üçün edirlər”. F.Quliyev iqtidara gəlməyin yollarından da söz açdı: “Mən siyasətdə olub partiya yaradaraq hakimiyyətə gəlmək istəyənlərə normal yanaşıram. Amma hakimiyyətə gəlməyin yolları var. İqtidara onun üçün gəlirsən ki, öz düşüncən, bacarığın, ağlın, platformanla ölkəni indikindən daha yaxşı vəziyyətə qaldırasan. Hər vasitədən istifadə edib hakimiyyəti qamarlamaqla, öz düşüncəsini iş başına gətirmək istəyənləri fərqləndirmək lazımdır. Məsələn, 2013-cü ildə Milli Şura öhdəlik götürmüşdü ki, əgər hakimiyyətə gələrlərsə, onda Dağlıq Qarabağda ikinci erməni dövlətinin yaradılmasına razı olacaqlar. Bu, açıq bir nümunədir. Əgər bir qurum hakimiyyətə gəlmək istəyirsə, yalnız seçki yolu ilə bunu etməyə çalışmalıdır. Əhalini hazırlamalı, düşüncəsini, platformasını təbliğ etməli və seçkilərdə iştirak etməlidir. Seçkidə iştirak etmədən ”hakimiyyətə gəlim" söyləmək absurddur. Demək, sən qeyri-qanuni yollarla iqtidara gəlmək istəyirsən. Səndən maşa kimi istifadə edəcəklər. Öz maraqlarını həyata keçirmək üçün sənə dəstək verənlər də olacaq. Azərbaycan hazırda çox mürəkkəb bir vəziyyətdədir. Hakimiyyətdə və müxalifətdə olanlar, həmçinin keçmişdə hakimiyyətdə olanlar dövlətçi mövqedən çıxış etməyi bacarmalıdırlar. Bu gün ölkəmizdə başqa dövlətlərdən örnək götürüb qarışıqlıq salmağa cəhd etmək olmaz. Seçki yolu ilə hakimiyyətə gəlmək yolu tutulmalı və bu təbliğ olunmalıdır. Üstəlik bu gün gedən proseslərə dəstək vermək lazımdır. Prezident əgər “ağ inqilab” edirsə, islahatlar aparırsa, korrupsioner, rüşvətxor adamları işdən uzaqlaşdırıb, karyerası təmiz olanları təyin edirsə, müəyyən sahələrdə dəyişikliklər olursa, bütün bunlar dəyərləndirilməlidir. Bütün bunları prezident, yaxud təmsilçisi olduğu Yeni Azərbaycan Partiyası təkbaşına etmir. Cəmiyyət daim bu məsələlərdə dəstək olmalıdır. Əgər bunu istəyiriksə, dəstək verib sona çatdırmalıyıq. Ölkəmizdə künc-bucaqda yatıb Azərbaycanı qarışdırmağa çalışan qüvvələr var. Hakimiyyətdə bu gün bir qüvvə, səhəri gün başqa qüvvə ola bilər. Əsas olan bu məsələlərdə ardıcıl və prinsipal olmağımızdır. Sonda cəmiyyəti bir daha provokasiya xarakterli çağırışlara uymamağa çağırıram". Cavanşir ABBASLI “Yeni Müsavat” Geri dön |