Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Bu gün keçirilən “Keçmişdən Günümüzə Azərbaycan və Türkiyədə Xeyriyyəçilik ənənəsi QARDAŞ KÖMƏYİ” adlı beynəlxalq simpoziumda MDHP sədri, Millət Vəkili Fərəc Quliyev iştirak etmişdir.
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Xəbərlər, Türk dünyası-Turan > Bu gün keçirilən “Keçmişdən Günümüzə Azərbaycan və Türkiyədə Xeyriyyəçilik ənənəsi QARDAŞ KÖMƏYİ” adlı beynəlxalq simpoziumda MDHP sədri, Millət Vəkili Fərəc Quliyev iştirak etmişdir.

Bu gün keçirilən “Keçmişdən Günümüzə Azərbaycan və Türkiyədə Xeyriyyəçilik ənənəsi QARDAŞ KÖMƏYİ” adlı beynəlxalq simpoziumda MDHP sədri, Millət Vəkili Fərəc Quliyev iştirak etmişdir.

Beynəlxalq simpoziumun əsas məqsədi
Bakıda “Keçmişdən Günümüzə Azərbaycan və Türkiyədə Xeyriyyəçilik Ənənəsi QARDAŞ KÖMƏYİ” adlı beynəlxalq simpozium keçirildi. Türk Əməkdaşlıq və Koordinasya Agentliyi (TİKA) və Gəncliyə Yardım Fondunun (GYF) təşkilatçılığı ilə həyata keçirilən simpoziumun əsas məqsədi yetişməkdə olan gənc nəsilə iki qardaş dövlət arasındakı qardaşlıq əlaqələrinin tarixi həqiqətlərini çatdırmaq və keçmişdən günümüzə xeyriyyəçilik ənənələrinin mahiyyətini izah etməkdir.

Tədbir təşkilatçıları atılan bu addımın xeyriyyəçiliyin təbliği sahəsində stimul yaradacığını, Türkiyə ilə dərin tarixi, mədəni, din və dil əlaqələri olan Azərbaycanla yaxın dövrdə də bu bağların güclənməsində tarixən var olan qardaşlıq və dostluq hisslərinin daha da möhkəmləşməsinə ciddi bir dəstək olacağına ümid etdiklərini bildilər.

Xatırladaq ki, 1915-ci ildə Bakıda Anadolu Türkünün Qurtuluş mübarizəsinə dəstək vermək məqsədiylə Bakı Müsəlman Xeyriyyə Cəmiyyəti liderliyində “Qardaş Köməyi (Yardımı)” fəaliyyəti başlayıb. Bu təşkilatın 1917-ci ildə “Qardaş Köməyi” jurnalını nəşr etmə təşəbbüsü nəticəsində Anadolunun qurtuluş müharibəsinə dəstək məqsədiylə Bakıda minlərlə şəxs toplanmış, toplanan bu insanlar pullarını, qızıllarını və ailələrinin ziynət əşyalarını Anadoluya çatdırmaq üçün həmin təşkilata vermişdilər.

Layihə çərçivəsində, adı çəkilən jurnal transliterasiya edilib, Türkiyə türkcəsinə uyğunlaşdırılıb və daha sonra nəşr olunub.

Tədbirdə Azərbaycan Respublikasınm Milli Məclisi Azərbaycan-Türkiyə Parlamentlərarası Dostluq qrupunun rəhbəri Prof. Dr. Nizami Cəfərov, TBMM Türkiyə-Azərbaycan Parlamentlərarası Dostluq qmpu başqanı Prof. Dr. Nəcdət Ünüvar, Dillər Universitetinin Rektoru Millətvəkili Prof. Dr. Səməd Seyidov, Türkiyənin Azərbaycandakı Fövqaladə və Səlahiyyətli səfiri İsmayıl Alper Coşkun, Azərbaycan Respublikası Prezidentinin İcra Aparatınm İctimai-siyasi
şöbəsindən Rasim Mirzəyev Azərbaycan Yazıçılar Birliyinin sədri Anar, TİKA Başqanı Dr. Serdar Çam, QHT-lərə Dövlət Dəstəyi Şurası Katibliyinin İcraçı Direktoru Fərasət Qurbanov, Türkiyə Cumhuriyyəti BMM-dən Ömər Faruk, Davud bəy və Türkiyə və Azərbaycan Xeyriyyə Cəmiyyətlərini təmsilçiləri iştirak edirdilər.

Geri dön