Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Pandemiya şəraitində kütləvi mərasimlərdən uzaq durmaqla özümüzü və digər insanları qorumuş olarıq
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Xəbərlər, İslam dini > Pandemiya şəraitində kütləvi mərasimlərdən uzaq durmaqla özümüzü və digər insanları qorumuş olarıq

Pandemiya şəraitində kütləvi mərasimlərdən uzaq durmaqla özümüzü və digər insanları qorumuş olarıq


Bu il pandemiya dövrü ilə əlaqədar olaraq məscid və ziyarətgahlarda təziyə mərasimlərinin keçirilməməsi, ibadətlərin müvəqqəti dayandırılması qərara alınıb. Bu məcburi addımın atılmasında əsas məqsəd vətəndaşlarımızın həyat və sağlamlığının qorunması, koronavirusun geniş yayılmasının qarşısının alınmasıdır. Bütün möminlər bunu anlayışla qarşılayır və ümumbəşəri bəla olan COVID-19-la mübarizədə həmrəyliklə nümayiş etdirirlər.

Bu fikri müsahibəsində Tərtər rayon “Cümə” məscidi dini icmasının sədri və imamı Sadiq Cəfərov deyib. O bildirib ki, dövlətimiz tərəfindən COVID-19 pandemiyasının qarşısının alınması, vətəndaşların təhlükəsizliyi və sağlamlığı üçün lazımi tədbirlər görülür. Koronavirus pandemiyası ilə mübarizə çərçivəsində görülən tədbirlərdən biri də insanların kütləvi şəkildə toplanmasının qarşısının alınmasıdır. Kütləviliyi ilə seçilən Aşura mərasiminin izdihamla keçirilməsi, məscidlərin, ziyarətgahların qarşısında toplaşmaq insanlarımız və cəmiyyətimiz üçün böyük təhlükədir. Ona görə də hər kəs bu işdə diqqətli və məsuliyyətli olmalı, Nazirlər Kabineti yanında Operativ Qərargahın qəbul etdiyi qərarlara riayət etməlidir.

Sadiq Cəfərov insan sağlamlığının qorunmasının dinimizin əsas şərtlərindən biri olduğunu bildirib: “Həzrəti Peyğəmbərimiz belə buyurub: "Vəbanın ortaya çıxdığını eşitdiyiniz bir yerə getməyin. Əgər olduğunuz yerdə vəba görülərsə, siz də oradan kənara çıxmayın". Odur ki, koronavirusun geniş yayıldığı indiki pandemiya şəraitində kütləvi mərasimlərdən uzaq durmaqla həm özümüzü, həm də digər insanları da qorumuş olarıq”.

Geri dön