Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz > Nəsrin Sütudənin aclıq aksiyası səbəbindən sağlamlıq vəziyyəti ağırdır
Nəsrin Sütudənin aclıq aksiyası səbəbindən sağlamlıq vəziyyəti ağırdır |
Bu barədə onun həyat yoldaşı Rza Xəndan sosial şəbəkələrdəki hesablarında məlumat yayıb.
Onun sözlərinə görə, hazırda xanım Sütudənin aclıq aksiyası səbəbindən qan təzyiqi tez-tez enib-qalxır, qanında şəkərin miqdarı kəskin yüksəlir. Rza Xəndan bildirib ki, indiyədək o, 6 kilo arıqlayıb, hansı ki, aclıq aksiyasından qabaq 53 kiloqram idi. Qeyd etmək lazımdır ki, keçən həftənin sonları İranın 44 ədliyyə vəkili yazdıqları açıq məktubda aclıq aksiyası keçirən Nəsrin Sütudə və digər siyasi məhbuslardan həyat və sağlamlıqları üçün aksiyanı dayandırmağı xahiş ediblər. Nəsrin Sütudə aclıq aksiyasına məhkumların koronavirusun yayıldığı dövrdə acınacaqlı vəziyyətdə saxlanılmasına etiraz və siyasi məhbusların azadlığı tələbi ilə start verib. Geri dön |