Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz > İranın təhlükəsizlik qüvvələri Xuzistanda ərəb kəndlilərə atəş açıb
İranın təhlükəsizlik qüvvələri Xuzistanda ərəb kəndlilərə atəş açıb |
"Əhvaz İnsan Haqları Təşkilatı"nın dünən yaydığı videoda, həmin qırma güllələrin Əhvazın Əbülfəz kəndinin sakinlərindən bir qrupunun bədənlərində qaldığı izləri müşahidə edilir.
Bildirilir ki, "Müstəzafan Fondu" kəndlilərə torpaqlarının fonda aid olduğunu deyib, ələ keçirmək istəyir. Buna görə də kənd sakinlərindən bir qrupu etiraz aksiyası keçirib. Lakin əraziyə gələn təhlükəsizlik qüvvələri onlara qırma güllələrdən atəş açıb, bir neçə kəndlini də həbs edib. "Müstəzafan Fondu"nun sözügedən kəndin sakinlərinin torpaqlarını ələ keçirməyə çalışması Tehranda çap edilən "Şərq" qəzetinin dünənki nüsxəsində də öz əksini tapıb. Qəzetin xəbərində deyilir ki, 300 ailənin yaşadığı Əbülfəz kəndinin sakinlərinin əllərində yaşadıqları bölgələrdəki torpaqların 40 ildən artıqdır ki, onlara məxsus olmasını təsdiq edən sənədlər var. Amma "Müstəzafan Fondu" torpaqların özünə məxsus olduğunu iddia edərək, həmin kəndə dövlət xidmətlərinin göstərilməsi və kənd kodunun verilməsinə əngəl törədir. Qəzet qeyd edir ki, çox kasıb vəziyyətdə yaşayan Əbülfəz kəndinin sakinlərin əsas sualı budur ki, "Müstəzafan Fondu"nun vəzifəsi iddia edildiyi kimi, kasıb təbəqənin vəziyyətini araşdırmaqdısa, onda onların torpaqlarını niyə ələ keçirməyə çalışr? Qeyd etmək lazımdır ki, müdiri "dini lider" Əli Xamneyi tərəfindən təyin edilən "Müstəzafan Fondu" İranın ən böyük iqtisadi qurumlarından biri hesab edilir. Geri dön |