Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Ümumdünya Şahmat Olimpiadasının dörddəbir finalında Azərbaycan Polşa ilə mübarizə aparacaq
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Türk dünyası-Turan, İdman > Ümumdünya Şahmat Olimpiadasının dörddəbir finalında Azərbaycan Polşa ilə mübarizə aparacaq

Ümumdünya Şahmat Olimpiadasının dörddəbir finalında Azərbaycan Polşa ilə mübarizə aparacaq


Ümumdünya Şahmat Olimpiadasının dörddəbir finalında Azərbaycan komandasının rəqibi müəyyənləşib.

Pley-off mərhələsində Bolqarıstan komandasını məğlub edən Polşa yığması dörddəbir finalda şahmatçılarımızın rəqibi olacaq.

Millimizin əsas heyətində Şəhriyar Məmmədyarov, Teymur Rəcəbov, Günay Məmmədzadə, Gülnar Məmmədova, Vüqar Əsədli və Xanım Balacayeva yer alıblar. Ehtiyat oyunçular siyahısına isə Rauf Məmmədov, Qədir Hüseynov, Türkan Məmmədyarova, Ülviyyə Fətəliyeva, Aydın Süleymanlı və Gövhər Beydullayevanın adları daxil edilib. Komandamızın kapitanı Eltac Səfərli və Rəhim Qasımovdur.

Dörddəbir finalın digər oyunlarına gəldikdə Rusiya Macarıstan, ABŞ Ukrayna, Hindistan Ermənistanla mübarizə aparacaq.

Dörddəbir finalın oyunları avqustun 28-də baş tutacaq.

Geri dön