Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > “Neftçi”nin baş məşqçisi: Əzmkarlıq göstərdiklərinə görə futbolçuların hər birinə təşəkkür edirəm
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm, İdman > “Neftçi”nin baş məşqçisi: Əzmkarlıq göstərdiklərinə görə futbolçuların hər birinə təşəkkür edirəm

“Neftçi”nin baş məşqçisi: Əzmkarlıq göstərdiklərinə görə futbolçuların hər birinə təşəkkür edirəm


Çətin oyun olacağını bilirdik. Çünki bu turnir tam başqadır. Komandamıza rəqib haqda bütün tapşırıqlar vermişdik. İlk hissədə oyunumuz tam alınmırdı. Bu da rəqibin arxada çox qapanması ilə bağlı idi. Biz başqa tapşırıqlar vermişdik.

Bu sözləri avqustun 27-də Bakının “Neftçi” futbol klubunun baş məşqçisi Füzuli Məmmədov Avropa Liqasının birinci təsnifat mərhələsi çərçivəsində Şimali Makedoniyanın “Şkupi” komandası ilə matçdan sonra təşkil olunan mətbuat konfransında deyib.

O bildirib ki, ilk hissədə istədiyimiz oyunu göstərə bilmədik, amma ikinci hissədə hücum etdik, təzyiq göstərdik. Bu təzyiq rəqibi səhvlərə məcbur etdi, bundan da istifadə edib qalib gəldik. Əzmkarlıq göstərdiklərinə görə futbolçuların hər birinə təşəkkür edirəm. Düzdür, səhvlər var, bu normaldır. Bizim işimiz çalışıb, səhvləri azaltmaqdır. Bütün “Neftçi” azarkeşlərini, “Neftçi” sevərləri təbrik edirəm.

Baş məşqçi jurnalistlərin suallarını cavablandırarkən deyib: “Rəqibin müdafiəyə oturub, əks-hücumdan oynayacağını bilirdik. Futbolçularıma göstəriş verdim ki, rəqib çox qapanıb deyə, mərkəzdən yox, cinahdan oynamalıyıq. Adi epizodda top itirəndə əks-hücumlar təhlükəli olur. Amma ikinci hissədə oyuna nəzarət etdik. “Neftçi” hər zaman top saxlamaqla seçilib. Amma bu gün top itkisi çox idi. Futbolçuların həyəcanı, rəqibin çox qapanması buna səbəb ola bilər. Onların rəsmi oyun praktikası tam yerində deyil. Zamanla hamısı aradan qalxacaq. Rəqibi analiz etdikdən sonra hansı oyunçunun meydanda oynaması haqda qərarı mən verirəm. Bu o demək deyil ki, Ömər Buludov zəifdir. Gələn matçlarda o da oynayacaq. Bu, rəqibdən asılıdır. Anton Krivotsyuk və Stiven Jozef-Monrozun ilk hissədə zəif görünmələri ilə bağlı fikirlə razı deyiləm. A.Krivotsyuk ona verilən tapşırıqları istədiyim qədər yerinə yetirirdi. Top hücuma çox gəlməyəndə hücumçu az görünür. Monroz ikinci hissədə arxaya çəkilməyə məcbur olurdu. O, ikinci hissədə daha aktiv idi. Onu fasilədə əvəzləsəydim, planımız alınmaya bilərdi”.

Geri dön