Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Xəstəlikdən əziyyət çəkən güney azərbaycanlı məhbusun xəstəxanaya köçürülməsinə icazə verilmir
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz > Xəstəlikdən əziyyət çəkən güney azərbaycanlı məhbusun xəstəxanaya köçürülməsinə icazə verilmir

Xəstəlikdən əziyyət çəkən güney azərbaycanlı məhbusun xəstəxanaya köçürülməsinə icazə verilmir


Məlumata əsasən, böyrək daşı xəstəliyinə görə vəziyyəti pisləşən Mənafi Nadarlı avqustun 26-da həbsxananın poliklinikasına aparılıb. Milli fəala sistem köçürüldükdən sonra yenidən Evin həbsxanasının 8-cı korpusuna geri qaytarılıb.



Mənafi Nadarlının müalicəsi tamamlanmadan saxlandığı korpusa qaytarılması İranda məhbusların sağlamlığı ilə bağlı qanunlara zidd olduğu halda həbsxana məsulları onun xəstəxanaya göndərilməsinə icazə verməyiblər.



İyulun 21-də həbs edilən Həmid Mənafi Nadarlı 3 digər milli fəalla birlikdə- Əkbər Azad, Əlirza Fərşi və Behnam Şeyxi- Beynəlxalq Ana Dili Günü mərasiminə qatıldığı üçün 2 il həbs və 2 il sürgün cəzasına məhkum edilib.



Fəallar və onların vəkili Seyid Məhəmməd Fəqihi irəli sürülən bütün ittihamları rədd edərək məhkəmə prosesinin qanuna uyğun həyata keçirilmədiyini bildirmişdilər. Azərbaycanlı fəallar vurğulamışdır ki, məhkəmənin verdiyi qərar İran İslam Respublikasının qeyri-fars millətləri, o cümlədən Azərbaycan millətinin ana dilinə olan münasibətini göstərəcək və bu qərar tarixdə qalacaq.

Geri dön