Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Əvəz Zeynallı barəsində həbs-qətimkan tədbiri seçilib
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm > Əvəz Zeynallı barəsində həbs-qətimkan tədbiri seçilib

Əvəz Zeynallı barəsində həbs-qətimkan tədbiri seçilib


Respublika Prokurorluğu Əvəz Zeynallının millət vəkili Gülər Əhmədovanın iddiası əsasında saxlanması barədə məlumat yayıb

Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsində "Xural" qəzetinin təsisçisi və baş redaktoru Zeynalov Əvəz Tapdıq oğlu barəsində Cinayət Məcəlləsinin 311.3.3 və 311.3.4-cü maddələri ilə cinayət işi başlanıb.

Respublika Prokurorluğunun mətbuat xidmətindən verilən məlumata görə, istintaqla müəyyən edilib ki, Əvəz Zeynalov Əhmədova Gülər Mikayıl qızı barəsində şəxsi və işgüzar nüfuzuna xələl gətirən məlumatların olduğunu, həmin materialların qəzet səhifələrində çap olunacağını bildirməklə ona hədə-qorxu tətbiq edib, bu materialların qəzet səhifələrində çapının dayandırılması müqabilində, yəni səlahiyyətlərinin icrası ilə əlaqədar edilən hərəkətə görə ondan özü üçün birbaşa, maddi nemət olan külli miqdar təşkil edən 10 min manat pulu rüşvət kimi istəyib.

Əvəz Zeynalova Cinayət Məcəlləsinin qeyd edilən maddələri ilə ittiham elan edilərək barəsində məhkəmənin qərarı ilə həbs-qətimkan tədbiri seçilib.

Hazırda iş üzrə Baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsində istintaq davam etdirilir.

Geri dön