Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Rusiya Təhlükəsizlik Şurasının müzakirəsində Azərbaycan məsələsi - Putinin yeni xarici siyasət konsepsiyası?..
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Xəbərlər, Siyasət, Özəl xəbər, Fərəc Quliyev > Rusiya Təhlükəsizlik Şurasının müzakirəsində Azərbaycan məsələsi - Putinin yeni xarici siyasət konsepsiyası?..

Rusiya Təhlükəsizlik Şurasının müzakirəsində Azərbaycan məsələsi - Putinin yeni xarici siyasət konsepsiyası?..


Fərəc Quliyev: Rusiya Azərbaycana qarşı revanşist siyasət yürütməsin, Azərbaycan bir saha kiminsə müstəmləkəsi olmayacaq

Xəbər verildiyi kimi, avqustun 28-də Rusiya prezidenti Vladimir Putin Təhlükəsizlik Şurasının (TŞ) iclasını keçirib. Rusiya Təhlükəsizlik Şurasının rəsmi saytında verilən məlumata görə, videofomatda keçirilən qapalı iclasda baş nazir Mixail Mişustin, Federasiya Şurasının sədri Valentina Matviyenko, Dövlət Dumasının sədri Vyaçeslav Volodin, Təhlükəsizlik Şurası sədrinin müavini Dmitri Medvedyev, Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşev, daxili işlər naziri Vladimir Kolokoltsev, xarici işlər naziri Sergey Lavrov, müdafiə naziri Sergey Şoyqu, Xarici Kəşfiyyat Xidmətinin direktoru Sergey Narışkin və Ətraf Mühitin Mühafizəsi, Ekologiya və Nəqliyyat üzrə prezidentin nümayəndəsi Sergey İvanov iştirak edib.

Rəsmi məlumatda bildirilir ki, TŞ qapalı toplantısında Rusiya gündəmindəki aktual daxili məsələlərlə yanaşı, Belarusla əməkdaşlıq barədə ətraflı fikir mübadiləsi aparılacaq.

Putin isə media üçün açıq olan hissədə deyib ki, toplantıda Rusiya ilə “coğrafi qonşu olan dövlətlərlə” əlaqələrə dair məsələlər də müzakirə ediləcək. Azərbaycan da Rusiya ilə çoğrafi qonşu olan dövlət sayıldığı üçün maraqlıdır: bizimlə bağlı həmin iclasda hansısa yöndə müzakirə ola bilərmi?


“Rusiyanın Ermənistanla birgə ordu yaratması və onun Naxçıvan və Dağlıq Qarabağla həmsərhəd ərazilərdə yerləşdirilməsi sualdır”

Milli Dirçəliş Hərəkatı Partiyasının sədri Fərəc Quliyev “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, istənilən ölkə özünün təhlükəsizlilklə bağlı doktrinasını hazırlayanda, qonşularla bağlı məsələyə baxır:“Rusiyanın kifayət qədər nəhəng ölkə olduğunu nəzərə aldıqda, belə ölkənin bu məsələyə xüsusilə həssas yanaşdığı məlum olar. Onlar bilmək istəyir ki, hansısa qonşusundan ona təhdid var, ya yox. Həmin ölkənin Rusiyanın ərazisində kəşfiyyat fəaliyyəti varmı, ya yox. Bütün ölkələr belə müzakirələri aparıb qərar qəbul edəndə bir faktı xüsusi nəzərə almalıdırlar ki, təhdid varsa, ora ilə analoji tərzdə davranmaq lazımdır. Biz heç bir qonşumuzla təhdid dilində danışmırıq. Ermənistan istisna olmaqla, bütün qonşularımızla sıfır problemlə siyasət həyata keçiririk. Rusiya ilə də həmçinin. Şimal qonşumuzla aramızda geniş ticarət dövriyyəsi mövcuddur. Həmin ölkənin cənub bölgələrində bizim irihəcmli investisiya yatırımlarımız var. Bu baxımdan da, Azərbaycanın varlığı, güclü olması həm də Rusiyanın iqtisadi təhlükəsizliyini təmin edir. Ancaq Rusiyanın Ermənistanla birgə ordu yaratması və onun Naxçıvan və Dağlıq Qarabağla həmsərhəd ərazilərdə yerləşdirilməsi sualdır. Bizim ərazimizi işğal edən ölkə ilə müharibə etdiyimiz zaman onlara 400 ton silah vermək sualdır. Mən istərdim ki, Rusiya qonşuluq siyasətinə baxanda, Azərbaycana qarşı revanşist siyasət yürütməsin. Azərbaycan bir daha kiminsə müstəmləkəsi olmayacaq. Ölkəmiz hər kəslə xoş qonşuluq münasibətinin davamında maraqlıdır. Xüsusən də Türkiyə ilə münasibətlər daha yüksək mərhələyə çatdırılıb. Hər hansımıza bir təhdid olacaqsa, buna birlikdə, ortaq davranışımızla cavab verməyə hazırıq. Biz kimləsə düşmən olmaq istəmirik. Sabah Dağlıq Qarabağı terrorçulardan təmizləyəndə orada başqa ölkənin əsgəri ilə rastlaşıb, onları öldürmək istəmirik. Azərbaycan torpağında düşmən əsgərinə yer yoxdur, varsa yerin altındadır. Azərbaycan Prezidenti də bildirib ki, Ermənistan əsgəri niyə bizim torpaqda olmalıdır ki, orda da öldürülsün? Biz hamının ərazi bütövlüyünə hörmət ediriksə, başqaları da bizim ərazi bütövlüyümüzə hörmət etməlidir. Yaxşı olar ki, Rusiya bu məsələlərə beynəlxalq konvensiyaların tələbləri çərçivəsində yanaşsın. Bizimlə kimsə hədə-qorxu ilə danışa bilməz. Biz kiminsə müstəmləkəsi və vassalı olmaq istəmirik. Hər bir azərbaycanlı son damla qanına qədər öz müstəqilliyini qorumağa hazırdır. Biz bunu savaşla yox, əməkdaşlıqla etməkdə maraqlıyıq”.

Son günlər ərzində keçirilən görüşlərin ruhundan görünür ki, Rusiya Azərbaycanla normal əməkdaşlığın edilməsində maraqlıdır.


Məhəmmədəli QƏRİBLİ

Geri dön