Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Xəbərlər, Siyasət, Özəl xəbər, Fərəc Quliyev > “Türkiyə ilə birlikdə Suriyada qanunsuz silah ticarətinə qarşı mübarizə aparmağımız üçün imkan yaranıb”
“Türkiyə ilə birlikdə Suriyada qanunsuz silah ticarətinə qarşı mübarizə aparmağımız üçün imkan yaranıb” |
Fərəc Quliyev: “Ermənistan silah kvotasını çoxdan pozub”
Son günlər mediada ən çox müzakirə edilən məsələlərdən biri Ermənistanın Suriyadan silah alması ilə bağlı yayılan informasiyalardır. Hansı ki, prezidentin köməkçisi Hikmət Hacıyev də Ermənistanın Suriyada silah alışı ilə bağlı “qara ticarət”lə məşğul olduğuna diqqət çəkib. Ermənistanın Suriyadan silah-sursat alması ilə bağlı beynəlxalq təşkilatlar qarşısında məsələ qaldırılmalıdırmı? Bu, Ermənistanın terrorçu, militarist siaysətini ifşa etmək baxımından nə dərəcədə faydalı ola bilər? Moderator.az-a açıqlama verən sabiq millət vəkili Fərəc Quliyev bu istiqamətdə ciddi addımlar atılması gərəkdiyini bildirdi: “Şübəsiz ki, öncə bu məsələdə bəzi dəqiqləşdirmələr aparmağa ehtiyac var. Bildiyiniz kimi, Suriyanın özü ordan-burdan silah alır. Böyük ehtimalla söhbət Rusiyanın Suriyadakı silahlarından gedir. Son vaxtlar Rusiya Ermənistana yenə tonlarla silah verib. Bu məsələnin beynəlxalq instansiyalar qarşısında qaldırılması vacibdir. Ermənistan çoxdan silah kvotasını pozub və bu gün də pozmaqda davam edir. Bu gün fürsət yaranıb ki, Azərbaycan Türkiyə ilə birlikdə Suriyada silah qaçaqmalçılığı ilə məşğul olan qanunsuz dəstələrə qarşı mübarizə aparsın. Mən xeyli müddət bundan öncə təklif etmişdim ki, Azərbaycan Türkiyə ilə birlikdə PKK-ya qarşı asayişi birgə mühafizə qüvvələri formasında mübarizə aparsın. Lazım gələndə, Qarabağda da bu cür birgə əməliyyatlar aparılsın. Bu gün də bu məsələ aktualdır. Bu gün Azərbaycan tərəfi bildirə bilər ki, Suriyadakı qeyri-qanuni birləşmələrə qarşı mübarizədə Türkiyə ilə birlikdə iştirak etsin. Bu, Türkiyənin Qarabağdakı əməliyyatlarına da ciddi bir əsas verər. Əgər araşdırmalar nəticəsində Ermənistana dövlət səviyyəsində silah verildiyi məlum olsa, Azərbaycan həmin dövlətlə münasibətə də yenidən baxa bilər. Biz dünyanın harasında olmasından asılı olmayaraq, Azərbaycan əleyhinə istənilən hərəkətliliyin qarşısını almaq istiqamətində addımlar atmalıyıq. Bu, təhlükənin miqyasının genişlənməsinin qarşısını almaq baxımından da olduqca vacibdir”. Seymur ƏLİYEV Geri dön |