Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Xəbərlər, Siyasət, Özəl xəbər, Fərəc Quliyev > Sensasion iddia ! - «Ermənistan təxribata hazırlaşır» - Daha 500 ton silah !
Sensasion iddia ! - «Ermənistan təxribata hazırlaşır» - Daha 500 ton silah ! |
«Paşinyanın Xocalıya getməsi Ermənistanın növbəti təxribata hazırlaşdığını göstərir"
“Azərbaycanın ərazisindən keçən istənilən canlı və cansız qüvvə məhv edilməlidir” “Onlar təhlükəsizliyindən o qədər əmindirlər ki, turizm məqsədli yollar çəkir, Livandan, Suriyadan əraziyə erməni köçürürlər” Ermənistan baş naziri gözlənilmədən Azərbaycanın işğal altındakı Dağlıq Qrabağ regionuna səfər edib. Bu barədə Ermənistan KİV-i yazıb. Bildirilib ki, Paşinyanı Xocalı aeroportunda separatçı rejimin başçısı Araik Arutunyan və Ermənistan müdafiə naziri David Tonoyan qarşılayıb. Qarabağa Mi-171 helikopetri ilə gələn Nikol Paşinyan işğal altındakı torpaqlara geniş səfər proqramı ilə gəlib. Ermənistanda, qondarma rejimdə koronavirusun tüğyan etdiyi, nəinki sadə vətəndaşların, hökumətin də mövcud vəziyyət qarşısında aciz qaldığı, ağ bayraq qaldırdığı bir vaxtda nə vacibdir bu səfər? Yoxsa, Paşinyan canından bezib? Elə bezənə oxşayır... Milli Dirçəliş Hərəkatı Partiyasının sədri, sabiq millət vəkili Fərəc Quliyev Paşinyanın Xocalıya səfəri ilə bağlı düşüncələrini “Sherg.az”la bölüşüb. O, bu səfəri təsadüfi hesab etmir: “Tovuz hadisələri zamanı Rusiya Ermənistana 400 ton silah göndərdi. Əlbəttə, bununla bağlı Azərbaycan hökuməti öz etirazını bildirdi. Ardınca məlum oldu ki, avqustun 25-dən sonra Rusiya Ermənistana daha 500 ton silah-sursat göndərib. Həmin silahların göndərildiyi marşrut da, növləri də bizə məlumdur. Ermənistana silahlar göndərilməsi və Paşinyanın Xocalıya getməsi Ermənistanın növbəti təxribata hazırlaşdığını göstərir. Biz buna mane olmalıyıq”. F.Quliyev, onu da əlavə edib ki, biz Azərbaycan sərhəddində baş verən istənilən hərəkətlənmənin qarşısını almalıyıq: “Sərhəddimizdən keçən bütün qüvvələri məhv etməkdən ötrü lazımi texnikamız var. Biz hətta 600 km-dən hədəfi dəqiq müəyyənləşdirən silaha malikik. Yəni Azərbaycanın ərazisindən keçən istənilən canlı və cansız qüvvə məhv edilməlidir. Deməli, artıq ermənilərin nazı ilə oynamalı deyilik. Onlar təhlükəsizliyindən o qədər əmindirlər ki, turizm məqsədli yollar çəkir, Livandan, Suriyadan əraziyə erməni köçürürlər. Belə bir şəraitdə ictimai rəy yaradılmalıdır. Prezident də həmin ictimai rəyə əsaslanaraq ciddi addımlar atmalıdır. Yadınızdadırsa, dövlət başçısı Rusiya prezidenti Vladimir Putinlə telefon danışığı zamanı da Azərbaycan ictimaiyyətinin narazılığını onun diqqətinə çatdırmışdı. Biz ən ciddi üsullarla belə səfərlərin qarşısını almalıyıq”. Kənan Novruzov Geri dön |