Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm, Sağlıq > Azərbaycanda 31,8 min həkim, 55,6 min orta tibb işçisi var
Azərbaycanda 31,8 min həkim, 55,6 min orta tibb işçisi var |
Bu ilin əvvəlinə olan məlumata görə, Azərbaycanda 31 min 829 həkim fəaliyyət göstərir. Tibb müəssisələrində 7 min 801 terapevt, 3 min 556 pediatr, 3 min 368 cərrah, 3 min 131 stomatoloq, 1786 ginekoloq, habelə digər ixtisasdan olan həkim çalışır.
Dövlət Statistika Komitəsindən verilən məlumata görə, ölkəmizdə əhalinin hər 10 min nəfərinə 13,5 pediatr, 7,8 terapevt, 3,4 cərrah, 3,1 stomatoloq, 1,5 şüa diaqnostikası üzrə mütəxəssis, 1 nevropatoloq, hər 10 min qadına 3,6 ginekoloq düşür. İlin əvvəlində respublikamızda 55 min 650 orta tibb işçisi, o cümlədən 38 min 292 tibb bacısı, 4 min 144 akuşer, 3 min 553 feldşer-laborant, 2 min 918 feldşer, 628 rentgen üzrə laborant və digər ixtisaslardan olan tibb işçisi qeydə alınıb. Hər 10 min əhaliyə isə 55,9 orta tibb işçisi, o cümlədən 38,5 tibb bacısı, 3,6 feldşer-laborant, 2,9 feldşer, 0,6 rentgen üzrə laborant, hər 10 min qadına 8,3 akuşer və digər orta tibb kadrı düşür. Geri dön |