Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Tokio Olimpiadası zamanı pandemiyaya qarşı tədbirlər üzrə komissiyanın iclası cari həftədə keçiriləcək
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Xəbərlər, İdman > Tokio Olimpiadası zamanı pandemiyaya qarşı tədbirlər üzrə komissiyanın iclası cari həftədə keçiriləcək

Tokio Olimpiadası zamanı pandemiyaya qarşı tədbirlər üzrə komissiyanın iclası cari həftədə keçiriləcək


Tokio Yay Olimpiya və Paralimpiya Oyunları zamanı pandemiyaya qarşı tədbirlər üzrə Yaponiya hökumət komissiyasının ilk iclası sentyabrın 4-də keçiriləcək.

Kyodo agentliyi xəbər verir ki, iclasda əsasən sərhəd nəzarəti, virus əleyhinə profilaktika və yoluxma baş verəcəyi təqdirdə həyata keçiriləcək tədbirlər istiqamətində müzakirələr aparılacaq. Bundan əlavə, komissiya yarışlar zamanı idmançıların və digər rəsmi şəxslərin hərəkətini izləmək üçün xüsusi mobil proqram əlavəsinin tətbiqi imkanlarını da müzakirə edəcək. Oyunlar dövründə Yaponiyaya gəliş və gedişlə əlaqədar sistemə gəlincə isə, bu zaman əsas tələb koronavirus testinə qarşı mənfi reaksiyanın mövcudluğu olacaq.

Qarşıdakı məsləhətləşmələr zamanı yapon tərəfinin Olimpiada ərəfəsində idmançıların toplaşması qaydalarını müəyyən edəcəyi də bildirilir. Gündəlikdə duran digər məsələlərə gəlincə isə buraya atletlərin idman obyektlərində müayinəsinin təşkili ilə bağlı yerlərin ayrılması, həmçinin kütləvi yoluxma baş verəcəyi təqdirdə kifayət qədər xəstəxana yatağının təmin edilməsi daxildir. Bununla yanaşı, komissiyanın virus pandemiyası azalmayacağı halda, stadionlarda tamaşaçıların sayının ixtisarı məsələsini müzakirə edəcəyi də bildirilir.

Xatırladaq ki, Tokio Olimpiadası cari il iyulun 24-dən avqustun 9-dək keçirilməli idi. Lakin koronavirus pandemiyasına görə yarışların tarixi gələn il iyulun 23-dən avqustun 8-dək dəyişdirilib. Buna baxmayaraq, Oyunların adının “Tokio-2020” kimi saxlanılması da qərara alınıb

Geri dön