Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Vyanada İranla “beşlik“ ölkələri arasında nüvə razılaşmasına dair görüş keçirilib
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz > Vyanada İranla “beşlik“ ölkələri arasında nüvə razılaşmasına dair görüş keçirilib

Vyanada İranla “beşlik“ ölkələri arasında nüvə razılaşmasına dair görüş keçirilib


Sentyabrın 2-də Vyana şəhərində İranın nüvə proqramının dinc məqsədlər üçün istifadəsinə dair sazişlə bağlı İran və “beşlik“ (Almaniya, Böyük Britaniya, Çin, Fransa və Rusiya) ölkələrinin birgə komissiyasının iclası keçirilib.

2018-ci ildə ABŞ sazişi (Hərtərəfli Birgə Fəaliyyət Planı) birtərəfli qaydada tərk etdiyinə görə, bu ölkənin nümayəndələri görüşə qatılmayıblar. Görüşdən sonra Rusiyanın təmsilçisi Mixail Ulyanov bildirib ki, Vyanada keçirilən görüş iştirak edən tərəflərin razılaşmaya sadiqlik nümayiş etdirdiklərini və onun qüvvədə qalması üçün bütün səylərini səfərbər etməyə hazır olduqlarını nümayiş etdirib.

İran tərəfi isə son dövrlərdə Atom Enerjisi üzrə Beynəlxalq Agentliklə (AEBA) danışıqlarda inkişafdan və konstruktiv mühitdən məmnundur. Bu fikri İranın Atom enerjisi üzrə Agentliyinin baş direktoru Əli Əkbər Salehi AEBA-nın baş direktoru Rafael Qrossi ilə görüşündən sonra bildirib. Görüşdə İranın nüvə mərkəzlərində AEBA-nin rəhbərliyi ilə yeni beynəlxalq təftişlərin keçirilməsi də müzakirə olunub.

Qeyd edilməlidir ki, ABŞ İrana qarşı sanksiyaların gücləndirilməsinə və bu ilin oktyabr ayında başa çatmalı olan silah ticarətinə dair embarqonun müddətinin uzadılmasına çalışır. Aİ, Çin və Rusiya isə 2015-ci ildə Vyanada imzalanmış və İranın öz nüvə proqramından dinc məqsədlər üçün istifadəsini nəzərdə tutan Hərtərəfli Birgə Fəaliyyət Planının qüvvədə qalmasını istəyirlər.

Geri dön