Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Qərbi Azərbaycanda koronavirusdan ölənlərin sayı 864 nəfərə çatıb
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz > Qərbi Azərbaycanda koronavirusdan ölənlərin sayı 864 nəfərə çatıb

Qərbi Azərbaycanda koronavirusdan ölənlərin sayı 864 nəfərə çatıb


Qərbi Azərbaycanın Koronavirusa Qarşı Mübarizə Qərargahının müavini İrəc Mühibbinin açıqlamasına əsasən, xəstəxanada müalicə alanlardan 172 nəfərinin COVID-19 testi pozitiv çıxıb.

Mühibbi Qərbi Azərbaycanda koronavirus qurbanlarının ümumi sayının 864 nəfərə çatdığını bildirib.

“İnfeksiyaya yoluxanlardan 96 nəfər reanimasiya şöbəsində müalicə alır. Onlardan 32 nəfərinin vəziyyəti ağırdır və ventilyasiya (süni tənəffüs) aparatına bağlıdır,” deyə o qeyd edib.





Zəncan əyalətində isə Tibb Universitetinin rektoru Pərviz Qızılbaşın verdiyi məlumata əsasən, bu günə kimi 9 min 860 nəfər koronavirus şübhəsi ilə xəstəxanalarda müalicə alıb.

Qızılbaşın sözlərinə görə, Zəncanda son 24 saatda daha 13 nəfərdə koronavirus infeksiyası aşkarlanıb, 2 nəfər isə bu xəstəlikdən dünyasını deyişib. Beləcə də əyalətdə koronavirusdan ölənlərin ümumi sayı 433 nəfərə çatıb. Rəsmi xəstəliyə yoluxanlardan 2 min 756 nəfərinin tam sağaldığını bildirib.

Qızılbaş həmçinin qeyd edib ki, hazırda 317 nəfər koronavirus şübhəsi ilə əyalətin xəstəxanalarında müalicə alır.





Ərdəbildə isə hazırda koronavirusa yoluxan 214 nəfər xəstəxanalarda müalicə alır. Onlardan 51 nəfəri reanimasiya şöbəsinə yerləşdirilib.

Ərdəbil Tibb Universitetinin rektor Şəhram Həbibzadənin verdiyi məlumata əsasən, əyalətdə son 24 saatda 34 yeni koronavirusa yoluxma faktı aşkarlanıb, 2 nəfər isə bu xəstəlikdən dünyasını dəyişib.





Güney Azərbaycanın Qəzvin əyalətində də son 24 saatda 45 yeni koronavirusa yoluxma faktı aşkar edilib. Qəzvin Tibb Universitetinin rektoru Peyman Namdarın verdiyi məlumata əsasən, əyalətdə COVID-19 virusuna yoluxan 294 nəfər müalicəsini davam etdirir və onlardan vəziyyəti ağır olan 65 nəfəri reanimasiya şöbələrində saxlanılır.

O həmçinin keçən gün daha 5 nəfərin koronavirusdan öldüyünü bildirib.





Güney Azərbaycanın Şərqi Azərbaycan və Həmədan əyalətlərində isə koronavirus pandemiyası ilə bağlı son 24 saat ərzindəki vəziyyət barədə hər hansı bir məlumat yayılmayıb.

Geri dön