Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Vəfa Quluzadə: “Rusiya seçki ərəfəsində olan Azərbaycanla bağlı müxtəlif ssenarilər hazırlayır”
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Müsahibə > Vəfa Quluzadə: “Rusiya seçki ərəfəsində olan Azərbaycanla bağlı müxtəlif ssenarilər hazırlayır”

Vəfa Quluzadə: “Rusiya seçki ərəfəsində olan Azərbaycanla bağlı müxtəlif ssenarilər hazırlayır”


Vəfa Quluzadə: “Rusiya seçki ərəfəsində olan Azərbaycanla bağlı müxtəlif ssenarilər hazırlayır”
Rusiya Xəzər dənizində hərbi qüvvələrini artırır. Bu ölkənin Hərbi Dəniz Donanması Xəzər flotiliyasının komandanı kontr-admiral Sergey Alekminski “Exo Moskvı” radiostansiyasına bildirib ki, bölgədə sualtı vəziyyətin izlənməsi üçün radiolokasiya stansiyası qurulub və silahlanmaya hazırdır.

Həmçinin raket gəmiləri silahlanmaya qəbul olunub, tezliklə sualtı qayıqlar və onların fəaliyyətini təmin edən pilotsuz uçan aparatlar ola bilər. Rusiya rəsmisinin fikrincə, hərbi-siyasi baxımdan Azərbaycanla Türkmənistan, Azərbaycanla İran arasında mübahisəli dəniz yataqlarına görə münaqişənin olması mümkündür. Bu baxımdan dənizdə durumun izlənməsi üçün ən nümunəvi ölkə Rusiya və İrandır.

Rusiyanın Xəzərdə silahlanmanı bu cür izah etməsi nə dərəcədə səmimi görünür və şimal qonşumuzun əsas niyyəti nədir?

Politoloq Vəfa Quluzadə Rusiya rəsmisinin bəyanatını qeyri-səmimi sayır. Onun fikrincə, Rusiya seçki ərəfəsində olan Azərbaycanla bağlı müxtəlif ssenarilər hazırlayır. Bunlardan biri də Rusiyanın hərbi donanmasının Bakı buxtasına girməsi ola bilər. Həmçinin Rusiya müxtəlif qruplar yaradıb onların vasitəsilə ölkəmizdə sabitliyi poza bilər: “Moskvadakı yerlilərimizi nəzərdə tutmuram. Ancaq müxtəlif variantların kəşfiyyat əməliyyatlarının olması mümkündür. Azərbaycana müdaxilə etmək üçün donanmanı hazır edir. Ona görə Rusiyadan çox ehtiyatlanıram”.

Ekspertin sözlərinə görə, görünür, Moskva Qarabağ planının işə düşməyəcəyini anlayır: “Ermənilər Rusiyanın əmrinə qulaq asıb öz işğalını davam etdirməyə razılıq verməyəcəklər. Çünki Ermənistan Amerika ilə də yaxşı əlaqədə olmaq istəyir. Özü də Rusiyanın hökmranlığından çıxmaq istəyən respublikadır Rusiya erməni variantını işlədə bilməyəndə başqa variantları seçəcək. Şimalda böyük qüvvələrinin olmasına baxmayaraq əlavə əlli minlik qoşun cəmləşdirir”.

Ekspert hesab edir ki, Rusiya Azərbaycanda sabitlik pozulacağı təqdirdə mümkün variantlarını işə salıb bir zərbə ilə Azərbaycanı da, Gürcüstanı da sıradan çıxarmağa çalışa bilər. Ona görə də ayıq olmaq lazımdır.

Geri dön