Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz > Milli fəallar Germinin yoxsul kəndlərində məktəb ləvazimatı paylayıblar
Milli fəallar Germinin yoxsul kəndlərində məktəb ləvazimatı paylayıblar |
Məlumata əsasən, məktəb ləvazimatı Germinin kəndlərində yaşayan aztəminatlı ailələrin məktəbli uşaqlarına verilib.
Germi iqtisadi göstəricilərə əsasən, Güney Azərbaycanın ən yoxsul bölgələrindəndir. Hər il bu vilayətdən çox sayda əhali digər məntəqələrə mühacirət edir. Germi vilayətinin əhalisi 2011-ci ilin siyahıya almasına görə təxminən 89 min nəfər olub. Dövlət tərəfindən məntəqənin inkişaf üçün investisiya qoyulmaması və işsizlik əhalinin digər bölgələrə, xüsusilə də Tehrana köç etməsinə səbəb olub. Vilayətin nüfusu son 15 ildə hər il orta hesabla 1 faiz azalıb. Ötən il Ərdəbil İdarəetmə və Planlaşdırma Təşkilatının statistik informasiya işləri üzrə rəis müavini Fəriborz Dehqan təmsil etdiyi əyalətdə kənd əhalisinin getdikcə azalmasından narahatlığını dilə gətirmişdi. “3 il əvvəl keçirilən siyahıyalma zamanı Xalxalın mərkəzi məntəqəsində bir çox kəndin tamamilə əhalidən boşaldığı, bəzilərində isə sakinlərin əksəriyyətinin köçdüyü məlum olub,”- deyə o bildirmişdi. Qeyd edək ki, kənd əhalisinin yoxsulluqdan şəhərlərə köç etməsi problemi Ərdəbil Əyalətinin məsulları tərəfindən vaxtaşırı dilə gətirilir. Əslində oxşar hadisə Güney Azərbaycanın bütün əyalətlərində yaşanır. Bu məsələ bölgənin demoqrafik tərkibinin dəyişməsinə, bəzi məntəqələr, xüsusi ilə də Qərbi Azərbaycan Əyalətində bölgənin kürdləşməsi ilə nəticələnir. İranın iqtisadi ayrı-seçkilik siyasəti nəticəsində Güney Azərbaycanda yaranan köç problemi gün keçdikcə daha da dərinləşir. Geri dön |