Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm, Mədəniyyət > İçərişəhərdə yerləşən qədim “Multani” karvansarayında bərpa-konservasiya işlərinə başlanılıb
İçərişəhərdə yerləşən qədim “Multani” karvansarayında bərpa-konservasiya işlərinə başlanılıb |
İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi tərəfindən hər il olduğu kimi tarixi abidələrimizin qorunub saxlanması məqsədilə bərpa-restavrasiya planına əsasən aparılan işlər 2020-ci ildə də uğurla davam etdirilir.
İdarədən bildirilib ki, bu işlər çərçivəsində İçərişəhərdə XIV əsrə aid qədim “Multani” karvansarayında bərpa-konservasiya işlərinə başlanılıb. Hazırda İçərişəhərdə dörd karvansara günümüzədək qorunub saxlanmışdır. Bunlar Kiçik karvansaray (və ya “Xan” karvansarası), İkimərtəbəli karvansaray, “Buxara” və “Multanı” karvansaraylarıdır. Əsrlər boyu müxtəlif ölkələrdən gələn tacir və səyyahlar ayrı-ayrı karvansaraylarda qalırdılar. Bakının tarixi özəyi olan İçərişəhərdə qorunub saxlanmış “Multanı” karvansarayı da bunlardan biridir. XIV əsrə aid bu ölkə əhəmiyyətli abidə daha qədim bir tikilinin üzərində inşa edilib. Müasir günümüzə kimi qorunub saxlanan bu tarixi məkanın qədimiliyini, tarixi görünüşünü qoruyub saxlamaq məqsədilə həyata keçiriləcək bərpa-konservasiya işləri idarənin sifarişi ilə Avstriyanın tarixi abidələrin bərpası işi üzrə ixtisaslaşmış və son 10 il ərzində İçərişəhərdə bir çox mühüm abidələrdə (o cümlədən Qız Qalası, Şirvanşahlar Sarayı Kompleksi, Bəylər məscidi, Qala divarları, Yeraltı hamam və s.) uğurla ən müasir bərpa-konservasiya texnologiyaların istifadəsi ilə irimiqyaslı işlər aparan “Atelier Erich Pummer” şirkətinin mütəxəssisləri tərəfindən aparılır. Qeyd edək ki, “Multani” karvansarayında bərpa işlərinin 2022-ci ilin sonunda tamamlanması nəzərdə tutulur. Geri dön |