Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Müsahibə > Mahmudəli Çöhrəqani: “İran istədi, Türkiyə məni qapıdan qovdu...”
Mahmudəli Çöhrəqani: “İran istədi, Türkiyə məni qapıdan qovdu...” |
Ankara hava limanından daimi yaşadığı Birləşmiş Ştarlara dönməli olan Cənubi Azərbaycan Milli Oyanış Hərəkatının lideri başına gələnləri BBC-Azərbaycancaya nəql etdi.
“Məni Türkiyəmin havasını belə udmağa imkan vermədilər. Nə yaşıma, nə yorğunluğuma məhəl qoydular... Qardaşlıq, qonşuluq, hətta insanlıq haqlarıma belə göz yumaraq, gəldiyim təyyarəyə oturdub, geri göndərdilər”, - ötən həftəsonu Türkiyəyə səfər ümidi ilə yola çıxaraq, üç günlük təyyarə uçuşlarından sonra bazar ertəsi daimi yaşadığı Birləşmiş Ştarlara dönən Cənubi Azərbaycan Milli Oyanış Hərəkatının lideri Mahmudəli Çöhrəqani başına gələnləri belə nəql edir. LinklərABŞ-dan azərilərə dəstək təşəbbüsü İranda "balkanlaşma təhlükəsini" yaradırİran azərbaycanlılarıKonqresmen Dana Rohrabaker: “Qətnamə layihəsi - birinci addımdır”əlavə kontekst linkləri MövzularMüsahibəUzun müddətdir ABŞ-da mühacirət həyatı yaşayan cənab Çöhrəqani Iranın mövcud rejimi əleyhinə sərt bəyanatlarına görə tanınır. Son illər o nə Azərbnaycana, nə də Türkiyəyə buraxılır. Ötən həftə onu Ankarada keçirilən qurultaylarına dəvət etmiş müxalifətçi Milliyyətçi Hərəkat Partiyasının liderləri GAMOH liderinin əslində hava limanında deportasiya olunduğuunu iddia edirlər. Tərəfdarları əmindirlər ki, cənab Çöhrəqaninin Türkiyəyə səfərinin baş tutmaması rəsmi Tehranın təzyiqlərinin nəticəsidir. Elə Çöhrəqaninin özü də bu qənaətdədir. “Mənə qeyri-rəsmi qaydada eşitdirildi ki, əmir İran səfirliyindən gəlib… Tehran istədiyi üçün Türkiyə qapıları üzümə bağlayıb”, deyib hərəkat lideri Vaşinqtonda jusrnalist Ələkbər Raufoğlu ilə söhbətində. O, şənbə günü Ankara Esenboğa hava limanında yaşananları BBC-Azərbaycana nəql edib. 3 aylıq vizaTürkiyəyə oğlu ilə birlikdə yollanan cənab Çöhrəqaniyə hava limanında əvvəlcə 3 ay müddətinə viza verilibmiş: “İlk başda hadisələr tam qanuni məcrada cərəyan edirdi. Hər halda, uçuşdan əvvəl Türkiyə səfirliyinin saytından bütün qanunları öyrəndim, göstərişlərə əməl etdik və bəhanəyə yer qoymamışdıq… Esenboğa liva limanında endikdən sonra adambaşı $20 ödəyib, 3 aylıq vizalarımızı aldıq.. Çox ümidlənmişdim. Hər halda, səfərimə mane olmaq fikirləri vardıysa, viza da verməzdilər. Amma hər şey o tayda, pasportuma möhür vurmalı olan gömrük polisində başladı”, deyib hərəkat lideri. “Oğlum Alparslanın sənədlərini yoxlayıb, dərhal möhür vurdular. Sıra mənə gəldikdə, əvvəlcə bir müddət gözləyəsi oldum. Qəfildən 15 nəfərə yaxın kəşfiyyat işçisi məni əhatəyə aldı, aralarında hətta bir minbaşı da var idi. Mənə dedilər ki, Türkiyəyə girişiniz yasaqdır”, o, əlavə edib. Bundan sonra Çöhrəqani ilə onun “ədəbli MİTçilər –Türkiyə xüsusi xidmət orqanlarının işçiləri” kimi təqdim etdiyi şəxslər arasında qısa dialoq yaşanıb. Hərəkat lideri Türkiyəyə buraxılmamasının səbəblərini öyrənməyə çalışıb. “Onlara baş nazir Rəcəb Tayyib Erdoğanın bir müddət əvvəl hakim partiyanın yığıncağında 1946-da Bakıdan Ankaraya pənah aparmış Azərbatycan mübarizlərinə Türkiyənin dayaq olduğu barədə tarixi çıxışını xatırlatdım və indi nə baş verdiyini sual etdim, ” deyir Çöhrəqani. Barzaniyə “yaşıl işıq”, Çöhrəqaniyə “qırmızı”?“Digər sualım isə daha kəskin səsləndi: Hətta İraqın şimalına nəzarət edən Kürdüstan Müvəqqəti Hökumətinin lideri Barzani bu yaxınlarda Türkiyəyə buraxıldığı halda, mənə nədən eyni haqlar tanınmır deyə soruşdum”, o nəql edib. Hərəkat liderinin sözlərinə görə, sərhədçilər suallarını cavabsız buraxaraq, ona “anlayışla davranmasını” təklif ediblər və deportasiyasının səbəbləri haqqında heç bir sənəd verməyiblər. Qarşıda, hava limanının çıxış hissəsində isə Çöhrəqanini özünün təbirincə, fədarak dostları - jurnalistlər, millət vəkilləri və hərəkat fəalları gözləyirmiş. “Hiss etdim ki, deportasiyam hər kəsi, dostlarımı, hətta sərhədçiləri çox üzdü… Mən günahsızam, yeganə nöqsan gördükləri şey Güney Azərbaycanın məzlum adını dilə gətirməyimdirsə, deportasiya xəbərimin bu adı daha da məşhurlaşdırdı..”, deyir hərəkat lideri… “Bütün Türkiyə, türk dünyası, hətta Uyğur mediasına qədər bu xəbər yayıldı və hələ çox danışılacaq”. Çöhrəqanlının oğlu MHP lideri Bahçeli ilə görüşəcəkCənab Çöhrəqani Türkiyədən deportasiyası ilə bağlı gələcəkdə hər hansı hüquqi addım atmaq barədə “hələ düşünmədiyini” deyib. Belə ki, baş verənləri hərəkatın digər üzvləri və Ankaradakı dostları ilə müzakirə etməlidir. “Biz Türkiyəni həmişə özümüzə qardaş bilirik. Məni içəri buraxmasalar da, oğlum Alparslan hələ Ankaradadır və Çərşənbə axşamı onu MHP lideri Devılet Bahçeli qəbul edəcək”, deyib hərəkat lideri. Vaşinqtona qayıtdıqdan sonra, Ankaradakı yaxınları Çöhrəqaniyə Türkiyə müxtəlif siyasi diarələrinin onlarla əlaqə saxlayaraq, “baş verəldən üzüntü çatdırdıqarını” deyiblər. “Hətta iqtidarda olanların bu məsələdən xoşhal olmadıqları bizə eşitdirilib. Ümid edirəm, yaxın gələcəkdə yaramıza məlhəm salmağa çalışacaqlar. Bağlı qapılar nəhayət üzümüzə açılacaq”, deyə o, vurğulayıb. Çöhrəqani Bakıdan cavab gözləyir…Cənab Çöhrəqanlının Türkiyəyə səfəri əsnasında onun Bakıdakı dostları, xüsusilə Dünya Azərbaycanlıları Konqresinin İdarə Heyətinin həmsədri millət vəkili Sabir Rüstəmxanlı hərəkat liderinin Azərbaycana gələ bilməsi üçün president İlham Əliyevə müraciət edib. “Bakıdan cavab gözləyirəm… Ümid edirəm məsələ çox uzanmayacaq və Azərbaycana gəlib, nəhayət başımı millətimin döşünə qoya, dərdlərimi bölüşə biləcəyəm”, deyir hərəkat rəhbəri. Geri dön |