Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Azərbaycana casusluqda ittiham olunan məhbus Ermənistan həbsxanasında aclıq elan edib
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm, Qərbi Azərbaycan-İrəvan > Azərbaycana casusluqda ittiham olunan məhbus Ermənistan həbsxanasında aclıq elan edib

Azərbaycana casusluqda ittiham olunan məhbus Ermənistan həbsxanasında aclıq elan edib


Ermənistanda 10 il müddətinə həbsə məhkum olunmuş məhbus məhkəmə qərarına etiraz olaraq fasiləsiz aclıq aksiyasını elan edib.

“Azərbaycanın xeyrinə casusluq” ittihamı ilə məhkum edilmiş 31 yaşlı Aşot Çtrkyan Yerevanın Mərkəz və Nork-Maraş icması Ümumi Yurisdiksiya Məhkəməsinin “əsassiz qərarının” yenidən baxınmasını tələb edir. O, diqqəti şikayət ərizələrinin cavabsız qaldığına çəkmək məqsədilə Nubaraşen cinayət-islah müəssisəsində fasiləsiz aclıq aksiyasına başlayıb.

MövzularHadisələr, BölgəYerevanın Mərkəz və Nork-Maraş Ümumi Yurisdiksiya Məhkəməsi Aşot Çtrkyana qarşı irəli sürülən dövlətə xəyanət ittihamının sübut olunduğunu əsas tutaraq aprelin 6-da onun 10 il müddətinə azadlıqdan məhrum edilməsi qərarı çıxarıb. Məhkəmənin hökmü ilə Aşot Çtrkyanla birlikdə Karen Mehrabyan 14, Romik Matevosyan 10 il müddətinə həbsə məhkum ediliblər.

İş üzrə istintaq və məhkəmə prosesi zamanı müttəhimlərin hamısı onlara qarşı irəli sürülən ittihamları qəti şəkildə rədd ediblər. Romik Matevosyanın vəkili Sarkis Aslanyan ittihamın əsassız olduğunu və ilkin istintaq orqanına şikayət təqdim etdiyini bildirib, lakin, onun sözlərinə görə, heç bir istintaq aparılmayıb.

Aşot Çtrkaynın vəkili Harutyun Bağdasaryan müdafiə etdiyi şəxsə işin yenidən baxılması üçün apelyasiya məhkəməsinə vəsatət verməyə icazə verilmədiyini bildirir.

Aşot Çtrkyanın anası Anahit dəfələrlə etiraz aksiyalarını keçirib, “ədalətsiz cinayət işinin” yenidən araşdırılması xahişi ilə ölkə rəhbərliyinə müraciət edib. Son dəfə o, oktyabrın 26-da məktubla Ermənistan prezidentinə müraciət edib, məhkəmə qərarının “tamamilə saxta dəlillərə” əsaslandığını izah etdiyini bildirir.

“Mənim məktublarım ünvan sahiblərinə çatmır, heç kəs məni eşitmir, çünki hamı iş yerini itirməkdən qorxur. İşin uydurma olduğu hamıya məlumdur, lakin onlar “kral çılpaqdır” deməyə qorxurlar”, - Anahit Çtrkyanı iqtibas edir Epress.am.

Qadın oğlu həbs olunduqdan bəri artıq 16-cı dəfə Ermənistan hakimiyyət orqanlarına müraciət etdiyini bildirib. Onun bu müraciətlərinə rəsmi instansiyaların reaksiyası məlum deyil.

Ermənistan Ədliyyə Nazirliyi Cinayət İcraetmə İdarəsinin mətbuat katibi Qor Ğleçyan aclıq elan etmiş müttəhim Aşot Çtrkyanın ayrı kameraya keçirildiyini və həkim nəzarəti altında olduğunu bildirib.

TəfərrüatlarıErmənistan vətəndaşları Aşot Çtrkyan, Romik Matevosyan və, ittihamnaməyə əsasən, “cinayətkar şəbəkənin” başçısı tanınan 31 yaşlı Karen Mehrabyan Azərbaycanın xeyrinə casusluqda və dövlətə xəyanətdə ittiham olunublar.

İttihama əsasən, Karen Mehrabyanla Romik Matevosyanın keçən ilin əvvəlində Türkiyədə Azərbaycan xüsusi xidmətlərinin diqqətini cəlb etmiş və onların əməkdaşlıq etmək təklifini qəbul ediblər. Onlara Ermənistan və Dağlıq Qarabağ silahlı qüvvələri haqqında məlumat toplamaq tapşırığı verildiyi bildirilirmiş.

İstintaq əsnasında Karen Petrosyan, Artur və David Avetikyan əkiz qardaşların bu barədə bilib müvafiq orqanlara məlumat vermədikləri aşkar edildiyi qeyd olunur.

İnternet-klub sahibi Karklen Aleksanyanın dinləmə zamanı verdiyi ifadəsinə əsasən, Karen Mehrabyan “Google” axtarış sistemi vasitəsilə Dağlıq Qarabağ haqqında məlumatlar axtarıb və elektron poçt xidmətindən istifadə edib.

“O, sosial şəbəkələrdən istifadə edib, hansısa kağızları printerlə çap edirdi. Mən o kağızları görəndə, onların mənim üçün də təhlükəli olduğunu düşündüm. Orada Dağlıq Qarabağ Müdafiə Ordusu komandanlarının adları və orduya aid məlumatlar var idi. Prokuror qonşumun məsləhəti ilə mən o kağızlar haqqında Ermənistan Milli Təhlükəsizlik Xidmətinə xəbər verdim”, - deyib məhkəmə prosesində şahiq qismində çıxış edən Aleksanyan.

Müttəhim Aşot Çtrkyanın qohumu şahid Ğevond Hovhannisyan öz ifadəsində “bir dəfə Aşotla Karen Mehrabyan bizə gəlib mənim kompüterimdən istifadə ediblər” söyləyib.

Geri dön