Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz > Güney azərbaycanlı milli fəal Əli Əzizi məhkəməyə çağırılıb
Güney azərbaycanlı milli fəal Əli Əzizi məhkəməyə çağırılıb |
Məhkəmənin Elektron Sistemi tərəfindən göndərilən çağırış vərəqəsinə əsasən, “kiber məkanda yalan yaymaq”da günahlandırılan Əzizi oktyabrın 21-də, Təbriz Cəza Məhkəməsinin 107-ci şöbəsinə müraciət etməlidir.
Milli fəal həmçinin “sistemin əleyhinə təbliğat aparmaq və qanunsuz GAMAC Təşkilatına üzv olmaq”da günahlandırılıb. Bu ittihamlara isə sentyabrın 14-də Təbriz İnqilab Məhkəməsinin 3-cü şöbəsində baxılacaq. Bundan əvvəl Əzizi və daha 5 güney azərbaycanlı fəal 2019-cu il noyabr etirazlarında Urmiyada keçirilən aksiyalarda iştirak etdiklərinə görə, “ümumi asayişi pozmaq”da ittiham olunaraq 8 ay həbsi əvəz edən 1.5 milyon tümən nağd cərimə və 20 şallaq zərbəsinə məhkum edilmişdilər. Təhlükəsizlik qüvvələri fevralın 23-də Əzizinin ata evinə müraciət edərək onu yaxalamışdı. Əzizi martın 25-də 500 milyon tümənlik mülki vəsiqə qarşılığında müvəqqəti azadlığa buraxılıb. Daha sonra təyin edilən mülki vəsiqənin məbləği 650 milyon tümənə qaldırılıb. Geri dön |