Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Azərbaycanda kadr islahatlarına regionlar və klanlararası mübarizə donu geyindirənlərin dağlar arxasındakı hədəfləri...
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Xəbərlər, Siyasət, Özəl xəbər, Fərəc Quliyev > Azərbaycanda kadr islahatlarına regionlar və klanlararası mübarizə donu geyindirənlərin dağlar arxasındakı hədəfləri...

Azərbaycanda kadr islahatlarına regionlar və klanlararası mübarizə donu geyindirənlərin dağlar arxasındakı hədəfləri...


Fərəc Quliyev: “Yaxşı kadrdırsa, hansı bölgəni təmsil etməsi önəmli deyil, qabağa çəkməliyik”

2018-ci il aprelin 11-də keçirilmiş prezident seçkilərindən sonra aparılan kadr islahatları yalnız Nazirlər Kabinetinin yenidən formalaşdırılması deyildi. Dəyişikliklər modern, çevik siyasətlə ayaqlaşa biləcək yeni gənc kadrların prosesə qoşulmasını özündə ehtiva edirdi. Bu məqsədlə 2019-cu ildə kadr islahatları davam etdirildi.

Beləliklə aydın oldu ki, dövlət idarəçiliyi sistemini daim təkmilləşdirmək məqsədini qarşıya qoymuş Prezident İlham Əliyev hökumət komandasının da buna uyğunlaşdırılması istiqamətində mühüm addımlar atır.


Bir müddət öncə baş nazir vəzifəsində edilmiş dəyişiklikdən sonra Prezident yanında keçirilən iqtisadi müşavirədə dövlət başçısı kadr islahatları barədə mühüm məqamlara toxundu. Ölkə rəhbəri vurğuladı ki, yeni hökumət qarşısında bir çox vəzifələr qoyub: “Mən Əli Əsədovu bu vəzifəyə təyin edərkən ona bir çox tapşırıqlar verdim. Onun qarşısına vəzifə qoydum ki, islahatlar aparılmalıdır, o cümlədən kadr islahatları. Müasir dünyagörüşlü, müasir iqtisadiyyatı bilən, savadlı gənc kadrlar işə cəlb edilməlidir. Biz XXI əsrdə yaşayırıq, köhnə təfəkkürlə, köhnə biliklərlə gələcəyə necə gedə bilərik?”. Bu ifadələr bir daha göstərdi ki, dövlət başçısı kadr islahatlarını prioritet hesab edir və açıq şəkildə prosesin davam edəcəyini söyləyir. Həmin vaxtdan başlayaraq ölkədəki struktur və kadr islahatları daha da dərinləşdi. Baş nazirin müavinləri - Əli Həsənov və Hacıbala Abutalıbov vəzifələrindən azad edildi. Dövlət başçısı yaşı 70-i keçmiş baş nazir müavinlərinin istefa ərizəsini yüksək qiymətləndirərək, gənc kadrlara yer verilməsinin zəruri olduğunu bəyan etdi. Həmçinin vurğuladı ki, iqtidar komandasında təmsil olunan digər şəxslərə də bu yaxşı bir örnək olacaq. Dövlət başçısının çağırışından sonra Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti, akademik Akif Əlizadə istefa ərizəsini təqdim etdi. Daha sonra İqtisadiyyat naziri Şahin Mustafayev vəzifəsindən azad edilərək, baş nazirin müavini təyin olundu. Ardınca, Prezident İlham Əliyevin sərəncamına əsasən, Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev vəzifəsindən azad edildi.

Lakin çox təəssüflə qeyd etməliyik ki, bəzən ölkədə aparılan kadr islahatlarına yanlış don geyindirməyə çalışırlar. Məsələn, baş verən prosesləri güya hansısa klanlar və regional qruplar arasındakı mübarizənin təzahürü kimi qiymətləndirirlər. Belə amil doğrudan da varmı və bunu edənlərin əsl niyyətləri nə ola bilər?

Milli Dirçəliş Hərəkatı Partiyasının sədri Fərəc Quliyev “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki,
bu olduqca zərərli və yanlış yanaşmadır: “Hətta mən təklif edərdim ki, dünyanın müxtəlif ölkələrində yaşayan bacarıqlı azərbaycanlıların da dövlət idarəçiliyinə cəlbi həyata keçirilsin. Belə bir təcrübəni biz keçmişik. Əbülfəz Elçibəyin prezidentliyi dönəmində Türkiyədən olan Nihat Çətinqaya müşavir idi, Yaşar Paşa hərbi məsələlərlə bağlı müşavir idi. Çingiz Göytürk Azərbaycan Dövlət Televiziyasında rəhbər vəzifədə çalışırdı. Yənə də dünyanın müxtəlif ölkələrindən bu təyinatları reallaşdırmaq mümkündür. Mən pandemiya dönəmində demişdim ki, dünyanın müxtəlif ölkələrindən olan soydaşımız olan həkimləri dəvət edək. Məncə, gəlib işləyənlər də oldu. İslahat prosesi olduqca ağrılıdır. Xüsusən də bəzi işini yarıtmayan kadrlar dəyişiləndə. Onlar üzdə sakit görünsələr də, arxada deyilən zərərli tendensiyanı təbliğ edirlər. Bunu birbaşa özləri etməsələr də, dolayısı ilə qururlar. Hesab edirəm ki, nə qədər ağrılı olursa-olsun, biz birlikdə bu mərhələni keçməliyik. Bu, yeni dövrün doğuşudur. Belə doğuş sancılarının olması da labüddür. Cəmiyyət sakit şəkildə bu prosesləri qəbul etməyi bacarmalıdır. Yaxşı kadrdırsa, hansı bölgəni təmsil etməsi önəmli deyil, qabağa çəkməliyik. İnsanların kimliyi yox, işi dəyərləndirilməlidir. Artıq yeni baxış sistemini ortaya qoymağı bacarmalıyıq. Müxalifət də müxalifliyini fərdlərə qarşı qoymalı deyil, əməllərə, hərəkətə və ya hərəkətsizliyə qarşı qoymalıdır. Mən öz təcrübəmdən danışım. Sabit Bağırovla uzun illər xalq hərəkatında olmuşam, heç maraqlanmamışam ki, o haralıdır. Bu yaxınlarda bilmişəm ki, Nəcəf Nəcəfov Ağdam doğumludur. Bu mənada, bu işlərə müxtəlif adlar altında kölgə salmaq istəyənlərin fəaliyyətini qınayıram. Bu məsələdə Prezidentə ciddi dəstək vermək lazımdır. Bunu təkcə YAP yox, bütün partiyalar etməlidir. Mən də öz partiyamın adından bu prosesə dəstək verəcəm”.

Ölkədəki inkişafın qarşısını almaq üçün belə təxribatların olması gözləniləndir. Yetər ki, biz birlikdə öz dövlətimizi qorumağı bacaraq.

Məhəmmədəli QƏRİBLİ

Geri dön