Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm, Sosial > Şəhid atasından Qarabağ çağırışı
Şəhid atasından Qarabağ çağırışı |
Allahverdi Nuriyev: “Şəhidlərimizin ruhu şərəfsiz sülhü bizə bağışlamaz...”
Şəhid atası Allahverdi Nuriyev Davam.Az-a məktub göndərib. Məktubda qeyd edilir ki, ermənilər Azərbaycan xalqına qarşı daima düşmənçilik siyasəti yeritməkdədir və kimlərsə ermənilərin xeyrinə ədalətsiz sülh arzulayırsa, onlar vətənimizin qorunması uğrunda ermənilərlə döyüşlərdə mübarizə aparan şəhid oğullarımızı yada salsınlar. Şəhid atası daha sonra yazır: “Bu gün şəhid ailələrinin ən böyük arzusu Qarabağ torpaqlarımızın azad olunmasıdır. Şəhidlərimiz əzizimizdir, müqəddəsdirlər. Eynilə şəhidlərimizin qanı tökülmüş Qarabağ torpaqlarımız bizə doğmadır. Qurani Kərimin "Bəqərə" surəsinin 178-ci ayəsində öldürənlə (düşmənlə) necə rəftar etmək lazımdır aydınca göstərilibdir. Bir daha qeyd etmək istəyirəm ki, şərəfsiz təslimçi sülh xalqımızı alçaltmaqdan başqa bir şey deyil. Şəhidlərimizin ruhu şərəfsiz sülhə getməyi bizə bağışlamaz. Nə üçün haqlı olduğumuz halda torpaqlarımızı düşməndən azad etməkdə vaxtı uzatmaqla ləngiməliyik? Onu da yaddan çıxarmayaq ki, yaşlı qarabağlılar istər-istəməz azalmaqdadırlar. Qaçqın-köçkün gənclərin münasibəti Qarabağa necə olacaq? Vaxt, zaman keçdikcə ermənilər Qarabağa möhkəmlənir, biz isə hərtərəfli uduzuruq. Ən qorxulusu isə odur ki, vətənpərvərliyimiz şübhə altına düşür. Allah şəhidlərimizə rəhmət eləsin". Geri dön |