Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Tarixçi alim: Arsak adının mənası “Sak əri, ərəni” deməkdir
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm, Mədəniyyət > Tarixçi alim: Arsak adının mənası “Sak əri, ərəni” deməkdir

Tarixçi alim: Arsak adının mənası “Sak əri, ərəni” deməkdir


Azərbaycan türklərinin əzəli yurd yeri olan Qarabağ bölgəsi Cənubi Qafqazda ən qədim insan məskənlərinin yerləşdiyi coğrafiyaya daxil

Bunu Təhsil Nazirliyinin “Arsak” toponiminin mənşəyi ilə bağlı təşkil etdiyi vebinarda AMEA-nın Tarix İnstitutunun elmi işçisi Ramin Əlizadə deyib.

O bildirib ki, Qarabağın Tunc dövrünə aid Xocalı, Xankəndi, Borsunlu, Sarçoban, Xaçınçay, Üçtəpə kurqanlarından yerli türk boylarına aid xeyli sayda maddi-mədəniyyət nümunələri – qədim türk boylarına aid dolixokran kəllə sümükləri, yaylaq-qışlaq həyat tərzi ilə əlaqədar olaraq taxıl və süd məhsullarının saxlanıldığı saxsı qablar, həmçinin dini dünyagörüşü əks etdirən müxtəlif artefaktlar aşkar edilib.

Qeyd edib ki, Göyçə gölünün cənub-şərq sahilində Aşağı Zağalı kəndi yaxınlığında aşkar edilən Urartu mixi yazılı kitabəsində Qarabağın dağlıq hissəsinin adı qədim türkcədə “Yurd” sözünün qarşılığı olaraq “Urte” kimi çəkilir. Qr.Kapansyan və N.V.Arutyunyan əsassız olaraq Arsak toponiminin Ur-te-xi adından yarandığını iddia ediblər. Tanınmış arxeoloq B.B.Piotrovski Urartunun şimal-şərqə doğru genişlənmə siyasətinin Qarabağ yaylaqlarında yaşayan tayfaların ciddi müqaviməti üzündən baş tutmadığını bildirib. Əslində Arsak adı Sak etnonimindən yaranıb, doğru tələffüzü Ərsak olmuş, mənası isə “Sak əri, ərəni” deməkdir.

Azərbaycanın qədim türk boylarının adı Urartu mənbələrində İşqigulu, Aşşur mənbələrində Aşquz və ya İşquz, qədim yəhudi dini mətnlərində Aşkenaz, İrandilli mənbələrdə Sak, yunan və latın mənbələrində isə İskit (Skutai) və Skolati kimi çəkilir. Qafqaz regionunda, eləcə də Xəzər dənizi hövzələrində yaşayan Sak boylarının antik mənbələrdə rast gəlinən Skolati adı, əslində, qədim türkcədə “Sak Elatı” sözündən qaynaqlanır.

Geri dön