Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Xəbərlər, Mədəniyyət > Sak etnonimi Cənubi Qafqaz regionundakı türk boylarına verilmiş ümumi addır
Sak etnonimi Cənubi Qafqaz regionundakı türk boylarına verilmiş ümumi addır |
Orta əsrlər dövründə Alban apostol kilsəsinin mərkəzi olan Gəncəsər məbədinin kitabəsində Alban-Xaçın knyazı Həsən Cəlal “Uca və böyük Ərsak ölkəsinin hökmdarı, Alban vilayətinin çarı Böyük Həsənin nəvəsi, Vaxtanqın oğlu” kimi yad edilir. Bu kitabə onun əcdadlarının qədim türk boyuna mənsub olan Ərsak soyundan olmasını bir daha təsdiq edir.
Bunu Təhsil Nazirliyinin “Arsak” toponiminin mənşəyi ilə bağlı təşkil etdiyi vebinarda AMEA-nın Tarix İnstitutunun elmi işçisi Ramin Əlizadə deyib. O bildirib ki, XVIII əsrdə Qarabağın dağlıq hissəsində yaşayan Alban xristian məlikləri də I Pyotra və II Yekaterinaya yazdıqları məktublarında özlərini “Arşaki soyundan olan Alban türkləri” adlandırıblar: “Akademik Yaqub Mahmudovun haqlı olaraq qeyd etdiyi kimi, sonralar erməni alimləri bu məktubları rus dilinə tərcümə edərkən saxtakarlıqla “Arşaki soyu” ifadəsini “erməni rəisləri nəsli”, “Alban türkləri” ifadəsini isə “müsəlman albanlar” kimi təhrif ediblər”. O qeyd edib ki, Arsak adı bir çox mənbələrdə Arşaki kimi də xatırlanır. Sak etnonimi Cənubi Qafqaz regionunda, o cümlədən Azərbaycan ərazisində əsasən yaylaq-qışlaq maldarlığı, dəmyə əkinçiliyi və atçılıqla məşğul olan türk boylarına verilmiş ümumi addır. Azərbaycanın şimalında qədim yazılı mənbələrdə bəhs olunan Sakasena, Balasakan (Sak düzü), Maskut (Massaget) toponimləri, hazırda isə Azərbaycan Respublikasında Şəki şəhərinin, Zaqatala rayonunun, Zəngəzurda Sisakan (Sisian) rayonunun, Şəki kəndinin adları məhz Sak türklərinin adı ilə bağlı olaraq meydana gəlib. Loru-Pəmbək ərazisində Gözəldərə kəndinin türksoylu boylarından biri Ərsaklılar adı ilə tanınırdı. Geri dön |