Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > "BorchaliNews" İnformasiya Portalının 1 yaşı tamam oldu
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Müsahibə, Borçalı > "BorchaliNews" İnformasiya Portalının 1 yaşı tamam oldu

"BorchaliNews" İnformasiya Portalının 1 yaşı tamam oldu


[quote]"BorchaliNews" İnformasiya Portalının internet məkanda yayımlanmasının 1 ili tamam oldu. Bu münasibətlə, həmkarlarımızı təbrik etmək və saytın baş redaktoru Sadıx Süleymanoğlu ilə bir qədər keçmişə qayıdıb, keçdikləri həyat yoluna nəzər salmağa qərar verdik.

- Sadıx, sizi və sizin simanızda əmək kollektivini fəaliyyətinizin 1 ilinin tamam olması münasibəti ilə təbrik edirik. Gəlin, əvvəlcə tarixə qısa bir nəzər salaq və "BorchaliNews"un necə ərsəyə gəlməsi ilə oxucularımızı yaxından tanış edək

-Təşəkkür edirəm. Bizi ilk ad günümüzdə tək qoymadığınız üçün kollektivimiz adından sizə minnəttarlığımı bildirirəm. Düz bir il əvvəl yeni təşəkkül tapmaqda olan internet mediasına öz töhfəmizi vermək qərarına gəldik. Azərbaycanın internet məkanına yeni bir informasiya saytı, yeni bir nəfəs gəldi. "BorchaliNews" internet qəzeti müstəqil informasiya siyasəti həyata keçirən media portalıdır. Saytımızda Azərbaycan və Gürcüstan Respublikaları prioritet olmaqla, bütünlükdə Qafqaz regionunda siyasi, iqtisadi, sosial, ictimai və mədəni mövzularda baş verən yeniliklərlə bərabər, türk dünyası, MDB ölkələri və dünyanın dörd bir tərəfində baş verən aktual xəbərlər işıqlandırılır.
Saytı ərsəyə gətirməkdə əsas məqsədimizdən biri, hətta birincisi, tarixən Azərbaycan torpaqları olmuş və əhalisinin böyük bir hissəsini hal-hazırda da azərbaycanlıların təşkil etdiyi Gürcüstanın Borçalı (hal-hazırda həmin bölgə Kvemo-Kartli adlanır) bölgəsindən xəbər yayımına üstünlük verməkdir. Bu da, bizi digər yerli xəbər saytlarından fəqləndirən əsas xüsusiyyətimizdir. Bu məqsədi nəzərə alaraq portalın adını məhz "BorchaliNews" adlandırmışıq. Saytımızın şüarı “Biz xəbərdə sərhəd tanımırıq” olaraq seçildi və məhz elə ilk gündən etibarən, sözün həqiqi və məcazi mənasında sərhədləri aşaraq Azərbaycanımızın bir parçası sayılan Gürcüstan Respublikasının Borçalı mahalından xəbərlər yayımlamağa üstünlük verməyə başladıq. Auditoriya səviyyəmiz aneedici dərəcəədə olmasa da, bununla biz, müəyyən bir kütlənin diqqətini özümüzə cəlb edə bildik.

- Gəlin etiraf edək ki, sayt bir o qədər də tanınmır və bəlli bir oxucu kütləsinin marağındadır. Bu sizi nə dərəcədə qane edir? Bu istiqamətdə davam etməyi yoxsa yeniliklər edib oxucu auditoriyanızı genişləndirməyi düşürürsünüz?

"BorchaliNews" saytı yaşının azlığına baxmayaraq, elit oxucu kütləsi qazanıb. Saytımızda daha çox tanınmış ekspertlərin, QHT rəhbərlərinin, dövlət və hökumət rəsmilərinin Gürcüstan və Azərbaycanla bağlı, hər iki dövlətin regional mövzuda ortaq və fərqli mövqeləriylə bağlı açıqlamalarına üstünlük verilir.
Geridə qoyduğumuz bir il ərzində ciddi məsələlərə yer verdik. Şou-biznes və bu kimi mövzular daha çox oxucu auditoriyası qazandırmağına baxmayaraq, biz bu tip mövzulara yer vermədik. Bundan sonra da fəaliyyətimizi bu səpkidə davam etdirmək niyyətindəyik. Nə qədər haqsızlıq və maddi çəkintiyimiz bahasına olursa olsun mövqeyimizi dəyişməz olaraq qalacaq.

-Maraqlıdır, haqsızlıq deyərkən nəyi nəzərdə tutursunuz?

"BorchaliNews" fəaliyyətə başlayan zaman Gürcüstan və Azərbaycanla bağlı, Borçalı bölgəsi ilə bağlı xəbər yayımı ilə məşğul olan digər iki sayt da var idi. Lakin, hal-hazırda biz meydanda təkik. Ortaq mövqedən çıxış etsək də, biz onları heç vaxt özümüzə rəqib görmürdük. Açıq danışmaq istərdim. Biz bu saytı ilk olaraq ərsəyə gətirərkən mənəvi təzyiqlərlə və haqsızlarla da qarşılaşdıq. Bizimlə ortaq mövqedən çıxış edən və Borçalıyla bağlı xəbər yayımlayan qonşu, dost və hardasa özümüzə qohum saydığımız saytlar bizə qarşı haqsızlıqlar etdilər. Adlarını çəkmək istəmədiyim bu saytlardan biri bizə ilk dəfə domen alarkən (əvvəlki domenimiz www.borchali.org adlanırdı) bizə əngəl olmaq istədi. Bizə öz saytlarında fəaliyyət göstərməyə dəvət edərək, birlikdə çalışmağı və Borçalıyla bağlı digər bir saytın gərəksiz olduğunu bildirərək ortaq fəaliyyət göstərməyə çağırdılar. Lakin, mən mövqeyimdə qətiyyətlilik göstərərək bu təkliflə razılaşmadım. Mən ilk əvvəl onların da bizimlə dost mövqedə dayandıqlarını və eyni münasibət bəslədiklərini düşünsəm də, sonradan iç üzlərini gördüm. Hətta, domenimizi belə əlimizdən alacaqlarını zarafatla da olsa açıq-aşkar söyləməkdən çəkinmədilər. Sentyabr ayında domenimizin ödəniş müddəti bitirdi. Mən bəzi şəxsi problemlər səbəbindən bunu unutmuş və son günə saxlamışdım. Ödəniş etmək istədikdə isə, artıq gec olduğunu anladım. Həmin saytın rəhbərinə, ödənişi onun etməsini və bunun qarşılığında ödənişi nağd formada ona çatdıracağımı bildirmişdim (o zaman aramızdakı soyuq münasibət nisbətən istiləşmişdi həm də, domeni onların serverindən almışdım). Anladığınız kimi, o demen əlimizdən çıxdı və indiki domeni (www.borchalinews.com) almaq məcburiyyətində qaldıq.

-Bəs haqqında danışdığınız digər sayt sizə qarşı necə bir haqsızlıq edib?

Onun da adını çəkmək istəmirəm. Hal-hazırda həmin sayt da fəaliyyətini dayandırıb. Bizə qarşı haqsızlıq isə ondan ibarət idi ki, Borçalıyla bağlı başqa saytlardan köçürərək saytımızda yeləşdirdiyimiz xəbərləri istinad edərək yerləşdiririk. Xüsusən də, ortaq mövqedən çıxış edən bu kimi saytlardan... Amma nə yazıq ki, həmin saytdan da haqsızlıq gördük. O zaman həmin sayt çox fəal fəaliyyət göstərir, hətta Borçalı bölgəsindən onlara xəbərlər də göndərilirdi. Lakin biz bu sferada yeni olduğumuzdan, əlaqələrimiz və maddi təminatımız məhdud olduğundan bizdə regiondan göndərilən xəbərlər az olurdu. Bir neçə ay əvvəl saytımızda yayımlanan bir xəbəri həmin saytda görəndə çox sevindim. Sona kimi oxuyan zaman heç bir istinad görməyəndə məyus oldum və hiddətləndim. Dərhal həmin sayta etiraz məktubumu göndərdim. Düzdür, gec də olsa, 3 gün keçsə də istəyimə nail oldum və həmin məqalədə məcburi “BorchaliNews”a istinad elətdirdim (gülür).
Bildiyim qədəriylə həmin sayta maliyyələşmə dayandırıldığından fəaliyyəti dayandırılıb. Əldə etdiyim məlumata görə, həmin sayt Rusiyada yaşayan azərbaycanlı tərəfindən maliyyələşdirilirdi. Zənnimcə, Rusiya maraqlarına xidmət etdiyindən və Saakaşvili maraqlarına əks getdiyindən və gürcüstandakı hakimiyyət dəyişikliklərinin Rusiyanın maraqlarına uyğun olduğundan, görünür saytın fəaliyyətinə artıq ehtiyac qalmayiıb. Bəlkə də, ortada başqa məqsədlər var. Dəqiq bir fikir bildirə bilmərəm.
Bilirsiniz, badalaq vurmaq bizim xalqın canında, qanında var. Bu səbəbdən diasporamız da həmrəy ola bilmir. Diasporaya sədrlik edənlər özlərini feodalizm dövründəki kiçik icma rəhbərləri kimi görürlər. Bizim saytımızı ərsəyə gətirdiyimiz zaman qarşılaşdığımız qisqanc yanaşmanı diaspora sədrlərində də görmək artıq adi hal alıb. Götürək elə Borçalıdan olan QHT və ictimai təşkilatlardan olan və diasporaya bənzər təşkilatları. Bir-ikisini çıxmaq şərti ilə, heç biri xalqın mənafeyi naminə nəysə bir iş görmək istəmir. Beynəlxalq və ya yerli donorların ayırdıqları qrandlar hesabına lazımsız məclislər, bayramlar və s. kimi tədbirlər keçirirlər. Xalqın mədəniyyətinin təbliği yaxşı şeydir, lakin xalqın problemlərini qaranlığa salıb bunları işıqlandırmaq gözdən pərdə asmaqdır.

-Az öncə haqqında danışdığınız və sizinlə ortaq mövqedən çıxış edən QHT və ya diaspora təşilatlarından sizə hər hansısa bir maddi köməklik olubmu?

Xeyir. Maraqlananlar olub.Təbii ki, vəd verənlər də. Lakin, indiyədək heç bir köməklik göstərən olmayıb.
Medianın maddi təminatını kim ödəyirsə, sifarişi də o verir. Bu, dünyanın hər yerində belədir. Bununla "BorchaliNews" mətbu orqan kimi, kimliyini ortaya qoymuş oldu. Biz mümkün qədər müstəqil olmağa çalışdıq və çalışırıq.
İlk gündən tutduğumuz azad, müstəqil və prinsipial mövqeyimizi bundan sonra da davam etdirəcək, cəmiyyəti, xüsusən də Gürcüstandakı soydaşlarımızı narahat edən, oxucularımızı maraqlandıran bütün məsələlərə işıq salmağa çalışacağıq".

P.S. Mən də davam.az adından sizin 1 yaşınızı təbrik edirəm millətlə əl-ələ verənlər yalniz deyillər deyirəm.
Davam.az Həmzağa

Geri dön