Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Türkiyədə koronavirusla bağlı səhv məlumat verənlər cinayət məsuliyyətinə cəlb olunacaqlar
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Xəbərlər, Türk dünyası-Turan > Türkiyədə koronavirusla bağlı səhv məlumat verənlər cinayət məsuliyyətinə cəlb olunacaqlar

Türkiyədə koronavirusla bağlı səhv məlumat verənlər cinayət məsuliyyətinə cəlb olunacaqlar


Türkiyədə COVID-19-la bağlı yeni qaydalar qüvvəyə minib.

Bu qaydalara əsasən, virusa yoluxan şəxs ünsiyyətdə olduğu insanlarla bağlı səhv, əskik və ya həqiqətə uyğun olmayan məlumat verəcəyi təqdirdə cinayət məsuliyyətinə cəlb olunacaq. Həmin şəxsə üç aydan iki ilədək həbs cəzası verilə bilər. Belə ki, ölkənin bəzi bölgələrində COVID-19-a yoluxan şəxslə ünsiyyətdə olan insanların adlarının gizlədilməsi və ya təmasda olmadığı təqdirdə bəzi adların verilməsi halları müşahidə edilib.

Bununla bağlı Türkiyənin Daxili İşlər Nazirliyi tərəfindən yeni sənəd hazırlanaraq ölkənin 81 vilayətinin aidiyyəti qurumlarına göndərilib.

Geri dön