Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Baş Prokurorluq: Hazırkı vaxtadək mülki əhalidən müxtəlif dərəcəli bədən xəsarətləri alan 9 nəfər xəstəxanalara yerləşdirilib
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Xəbərlər, Sağlıq > Baş Prokurorluq: Hazırkı vaxtadək mülki əhalidən müxtəlif dərəcəli bədən xəsarətləri alan 9 nəfər xəstəxanalara yerləşdirilib

Baş Prokurorluq: Hazırkı vaxtadək mülki əhalidən müxtəlif dərəcəli bədən xəsarətləri alan 9 nəfər xəstəxanalara yerləşdirilib


Xəbər verdiyimiz kimi, sentyabrın 27-də səhər saat 06 radələrindən başlayaraq Ermənistan silahlı qüvvələri genişmiqyaslı təxribat törədərək Azərbaycan Ordusunun cəbhəboyu zonada yerləşən mövqelərini iriçaplı silahlar, minaatanlar və müxtəlif çaplı artilleriya qurğularından intensiv atəşə tutub.

Təcavüzkar Ermənistanın hərbi-siyasi rəhbərliyi təxribatçı əməllərini davam etdirməklə beynəlxalq hüququn fundamental norma və prinsiplərini kobud şəkildə pozaraq Azərbaycan Respublikasının qəsdən və hədəflənmiş şəkildə dinc əhalisinin sıx yaşadığı əraziləri artilleriya atəşinə tutmaqla mülki əhaliyə qarşı müxtəlif cinayətlər törədiblər.

Baş Prokurorluğun mətbuat xidmətindən daxil olan məlumatda bildirilib ki, düşmən tərəfindən Tərtər rayonunun Qapanlı, Ağdam rayonunun Çıraqlı və Orta Qərvənd, Füzuli rayonunun Alxanlı və Şükürbəyli, Cəbrayıl rayonunun Cocuq Mərcanlı, Goranboy və Daşkəsən rayonunun bir neçə kəndlərinin intensiv atəşə tutulması nəticəsində mülki əhali arasında həlak olanlar və yaralananlar var, o cümlədən çoxsaylı ev və mülki obyektlərə külli miqdarda ziyan dəyib.

Hazırkı vaxtadək ümumilikdə mülki əhalidən 9 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alaraq xəstəxanalara yerləşdirilib.

Həmçinin bildirilib ki, düşmənin mülki obyektləri hədəfə alması nəticəsində bir sıra mülki evlərə külli miqdarda maddi ziyan dəyib, o cümlədən xırda və iri buynuzlu heyvan və ot tayaları məhv edilib.

Hazırda prokurorluq əməkdaşları tərəfindən döyüş şəraitində mümkün olan bütün istintaq-əməliyyat tədbirlərini həyata keçirilir, o cümlədən yaralananların aldıqları xəsarətlərin ağırlıq dərəcəsinin, eləcə də mülki infrastruktur obyektlərinə dəymiş ziyanın məbləğinin müəyyənləşdirilməsi məqsədilə müvafiq ekspertizalar təyin olunub.

İctimaiyyətə mütəmadi qaydada məlumatlar veriləcək.

Geri dön