Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Siyasi fəaliyyət zamanı deyil ! - Vətən müharibəsi gedir, hamımız əsgərik!
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Xəbərlər, Siyasət, Özəl xəbər, Fərəc Quliyev > Siyasi fəaliyyət zamanı deyil ! - Vətən müharibəsi gedir, hamımız əsgərik!

Siyasi fəaliyyət zamanı deyil ! - Vətən müharibəsi gedir, hamımız əsgərik!


Azərbaycanda fəaliyyət göstərən siyasi partiyalar Ermənistan silahlı qüvvələrinin təxribatına dair birgə bəyanat verib. Bəyanatda göstərilir ki, Ermənistanın genişmiqyaslı hərbi əməliyyatlara başlaması, mülki əhalinin yaşadığı kəndləri və infrastrukturları hədəf kimi seçərək ağır silahlarla bombalaması beynəlxalq hüquqa ziddir və qarşısı qətiyyətlə alınmalıdır. “Ermənistan status-kvonun dəyişməz qalması üçün əlindən gələni edir, substantiv danışıqların qarşısını alır. Ermənistan Azərbaycanın qondarma “Dağlıq Qarabağ Respublikası” ilə müzakirə aparmasını istəyir. Ali Baş Komandan bunu qətiyyətlə rədd edir və bu təkliflə ATƏT-in Minsk qrupu da razılaşmır”.- deyə, bildirilir.

Bu barədə “Sherg.az”a danışan Milli Dirçəliş Hərəkatı Partiyasının sədri Fərəc Quliyev sözügedən bəyanatın əhəmiyyətini yüksək qiymətləndirib:

“Biz birlikdə və ayrılıqda bəyanat imzaladıq. Bütün rayon şöbələrimizə lazımi təlimatları vermişik. Demişik ki, mərkəzi hökumətdən gələn bütün tapşırıqlara əməl etsinlər. Otuz ildir gözlədiyimiz gün, nəhayət, yetişib. İndi vətən müharibəsi gedir.

Belə bir vaxtda siyasi fəaliyyət göstərmək mümkün deyil. Mən başda olmaqla, bütün partiya üzvlərimiz müsəlləh əsgərdirlər.

İndi nəinki vətəndaşlar, Azərbaycandan kənarda yaşayan soydaşlarımız da Ali Baş Komandanın əmrini, tapşırıqlarını gözləyirlər. Hamımız şəhid olsaq da, bu dəfə məsələ birdəfəlik həll olunmalıdır.
Ona görə bütün resurslar, o cümlədən partiyalar bir istiqamətə yönəlib”.

Kənan Novruzov/sherg.az

Geri dön