Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Xəbərlər, Siyasət, Özəl xəbər, Fərəc Quliyev > Qərbi azərbaycanlılar beynəlxalq təşkilatlara və Fransa Səfirliyinə müraciət etdilər
Qərbi azərbaycanlılar beynəlxalq təşkilatlara və Fransa Səfirliyinə müraciət etdilər |
Bu gün- 07.10.2020 tarxində Milli Dirçəliş Hərəkatı Partiyası Qərbi Azərbaycan Departamentinin Məclisinin onlayn konfransı keçirilib. Aparılan əks-hücum hərbi əməliyyatları ilə bağlı dövlətə, orduya və Ali baş komandana dəstək məqsədi ilə keçirilən konfransa təşkilatların rəsmiləri ilə yanaşı, dəstəklərini nümayiş etdirmək üçün, digər təşkilatların nümayəndələri, alimlər, yazıçılar və ictimai fəallar da qatılıblar. Çıxışçılar torpaqların azad edilməsi uğrunda aparılan əməliyyatlar dönəmində yaranmış dovlət-hakimiyət-ordu-xalq birliyinin olduqca yüksək səviyyədə olmasından danışaraq bunun ən vacib amil olduğunu vurğuladılar. Ermənistanın dövlət səviyyəsində törətdiyi terrorun ümumi mahiyyəti və fəsadları barədə faktlarla bağlı çıxışlardan sonra mövcud hərbi və ictimai-siyasi vəziyyətin müzakirəsi aparıldı. Haqlı mübarizəsində Azərbaycana dəstək olan və ya işğalçının yanında yer alan dünya dövlətlərinin mövqeləri də müzakirə edildi. Müzakirələrin nəticəsi olaraq, birgə bəyanat və Fransanın ölkəmizdəki səfirliyinə müraciət qəbul edildi.
Bəyanatda dünya birliklərinə, xüsusən ATƏT-in Minsk qrupuna Ermənistanın mülki əhalini hədəf almasının qarşısının alınması, işğala son qoyulması və Azərbaycan ordusunun təkbaşına BMT-nin qətnamələrini icra etdiyi üçün BMT tərəfindən dəstəyin verilməsinin vacibliyi qeyd edildi. Fransanın ölkəmizdəki səfirliyinə müraciətdə isə münaqişənin sülh yolu ilə həllində vasitəçilik missiyasını üzərinə götürmüş dövlətlərdən biri olan Fransanın ali hakimiyyətinin açıq şəkildə tərəf tutaraq işğalçıya verdiyi dəstək pislənilərək, Qarabağda yaşayan ermənilərə hər hansı bir statusun verilməsi tərəfdarı olan bu ölkənin Ermənistandan didərgin salınmış 500 mindən çox azərbaycanlının da Ermənistanda muxtariyyat statuslu əraziyə qaytarılması təklifini irəli sürməsi tələbi ortaya qoyulub. Səfirə ünvanlanmış müraciətin Fransa ali hakimiyyətinə çatdırılması istənilib. Fransa səfirliyinə ünvanlanan müraciətin tam mətnini təqdim edirik: “Cənab Zacharie Gross, Regiona bələd olan bir diplomat olaraq məlumunuzdur ki, 30 ildən artıqdır Azərbaycanın Aran və Dağlıq Qarabağ ərazisi Ermənistan tərəfindən işğal edilib. İşğal etdiyi ərazilərdə Ermənistanın soyqırım, vandalizm və etnik təmizləmə törətməsi nəticəsində bir milyondan çox yerli əhali öz doğma torpaqlarını tərk edib. Azərbaycan xalqına və dövlətinə dəyərinin ölçülməsi mümkün olmayan maddi, mənəvi zərərlər dəymişdir. BMT Təhlükəsizlik Şurasının işğal altında olan ərazilərimizdən erməni hərbi birləşmələrinin qeyd-şərtsiz və dərhal çıxarılmasına dair dörd qətnaməsi isə bu günə qədər icra edilməyib. ATƏT-in Minsk qrupunun həmsədr ölkəsi olaraq Fransanın da iştirakı ilə razılaşdırılmış atəşkəs rejimi isə Ermənistan tərəfindən bu günə kimi sayı-hesabı bilinməyəcək qədər pozulmuş, hücumlar edilmiş və dinc əhalinin atəşə tutulması nəticəsində çoxsaylı insan təlafatı olmuşdur ki, onların arasında azyaşlı uşaqlar da olub. Bu ilin sentyabr ayının 27-dən başlayaraq Ermənistan tərəfindən növbəti dəfə hücum edilərək dinc Azərbaycan əhalisinin sıx yaşadığı ərazilərin ağır artilleriyadan atəşə tutulması mülki əhali arasında xeyli sayda itkilərə səbəb olub. Hərbi aqressiyanın qarşısını almaq və dinc mülki əhalini müdafiə etmək məqsədi ilə Azərbaycan Respublikasının Silahlı qüvvələri tərəfindən əks-hücum tədbirləri görülüb. Lakin, hələ də Ermənistanın davam edən aqresiyası, hətda uzaqmənzilli silahlardan istifadəsi döyüş bölgəsinə aid olmayan ərazilərdə belə çoxsaylı, mülki şəxsin həlak olması, yaralanması və yaşayış məntəqələrinə külli miqdarda zərərin dəyməsinə səbəb olur. Belə bir vəziyyətdə müharibənin dinc yolla həllində vasitəçilik missiyasını üzərinə götürmüş 3 dövlətdən biri olan Fransanın rəsmən işğalçı Ermənistanın xeyrinə açıq tərəf nümayiş etdirməsi yolverilməz bir davranışdır. Bütün beynəlxalq hüququ, o cümlədən 1949-cu il tarixli Cenevrə Konvensiyası və onun Əlavə Protokollarını, BMT-nin Təhlükəsizlik Şurasının qərar və qətnamələrini kobud şəkildə pozan bir dövlətin həyata keçirdiyi təcavüz və terror fəaliyyətinə tərəf çıxmaq və dəstək nümayiş etditmək Fransanın beynəlxalq nüfuzuna xələl gətirməklə yanaşı, xalqlarımız arasında da mövcud olan yaxın münasibətlərin kəskin pisləşməsinə səbəb olur ki, bu da təbii olaraq dövlətlərarası münasibətlərə də siyarət etmiş olacaq. Bu isə dövlətlərimiz arasında olan yüksək səviyyədə siyasi-iqtisadi-mədəni əlaqələrn pozulması riskidir.Xüsusən Fransanın dövlət başçısı tərəfindən Azərbaycan əleyhinə işlədilən ifadələr Azərbaycan xalqı tərəfindən hiddətlə qarşılanır. Biz də Azərbaycanın nüfuzlu partiyalarından biri kimi Milli Dirçəliş Hərəkatı Partiyasının əsasən Ermənistandan qovulmuş insanlardan ibarət Qərbi Azərbaycan departamenti olaraq, bu cür davranışı şiddətlə qınayır, Fransa prezidentinin mövqeyini pisləyirik. Eyni zamnda, Qarabağda yaşayan ermənilərə hər hansı bir statusun verilməsinı təkid edən Fransa doğru olar ki,Ermənistandan didərgin salınmış 500 mindən çox abarogen azərbaycanlının tapdanmış hüquqları barədə də hər hansı bir münasibət bildirsin! Fransa hökumətinin sərgilədiyi mövqeyə istinad edərək, bu qaçqınların da Ermənistanda muxtariyyat statusu ilə öz torpaqlarına qaytarılması təşəbbüsünü ortaya qoymağı tələb edirik. Cənab səfir, münasibətimizin Fransa ali hakimiyyətinin diqqətinə çatdırmağınızın vacibliyini bildirir və ümid edirik ki, Ermənistanın inkaredilməz təcavüz və təxribatları, o cümlədən beynəlxalq konvensiya və qətnamələrə əhəmiyyətsiz yanaşmasında dövlətinizin ali hakimiyyətinin faktiki sərgilədiyi mövqenin ədalətli istiqamətdə dəyişməsinə çalışacaqsınız.” MDHP Mətbuat Xidməti Geri dön |