Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > “Hərbi əməliyyatlar qəti qələbəyə qədər davam etdirilməlidir”
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Xəbərlər, Siyasət, Özəl xəbər, Fərəc Quliyev > “Hərbi əməliyyatlar qəti qələbəyə qədər davam etdirilməlidir”

“Hərbi əməliyyatlar qəti qələbəyə qədər davam etdirilməlidir”


Fərəc Quliyev: “Xalq öz fədakarlığının pik nöqtəsindədir və bu fədakarlıq öz məntiqi sonluğuna çatmalıdır”

Azərbaycan ordusunun uğurlu əks-hücum əməliyyatları davam edir.

Bəs mövcud geosiyasi durum, regiondakı vəziyyət bu əməliyyatları sona qədər davam etdirməyə imkan verirmi?

Moderator.az-a açıqlama verən sabiq millət vəkili Fərəc Quliyev, hərbi əməliyyatları qəti qələbəyə qədər davam etdirməyin zəruri olduğunu qeyd etdi:

“Diqqətinizə çatdırım ki, hərbi əməliyyatların davam etdiyi bu günə qədər bir neçə mərhələ yaşandı. Ermənistan istəyirdi ki, savaşı Azərbaycan tərəfinin başlatdığı ilə bağlı yanlış təsəvvür yaratsın. Lakin Ermənistanın öz hərbi rəhbərliyinin 27 sentyabr olaylarından öncə verdiyi bəyanatlar göstərdi ki, müharibəni Ermənistan başlayıb və məqsəd yeni torpaqlar əldə etməkdir. Azərbaycan tərəfi öz əhalisini təhdidlərdən qorumaq üçün cavab tədbirləri görməyə məcbur oldu.

Həmçinin, amansız diplomatik savaş getdi və Azərbaycan bu savaşdan da qalib çıxdı. Dünyaya sübut etdi ki, BMT-nin 4 qətnaməsi yerinə yetirilməyib və bu gün əməliyyatlar Azərbaycan ərazisində keçirilir. Ermənistan KTMT və Rusiyanı bu münaqişəyə cəlb etməyə, baş verənlərə müsəlman-xristian savaşı donu geyindirməyə çalışırdı. Lakin bu da alınmadı. Türkiyə və Pakistanla yanaşı, Ukrayna, Gürcüstan, Macarıstan kimi dövlətlər Azərbaycanı müdafiə etdi. KTMT isə bildirdi ki, onlar bu müharibəyə qarışmırlar. Putin də qeyd etdi ki, onlar baş verənlərə müdaxilə etməyəcəklər. Bunlar çox mühüm faktlardır. Artıq hərbi əməliyyatların uğurla davam etdirilməsi üçün diplomatik sahədə də münbit şərait yaranıb.

Azərbaycan hərbi əməliyyatları davam etdirməlidir. Ölkəmiz artıq bu əməliyyatları işğalçını sülhə məcburetmə əməliyyatı kimi dünyada tanıda bilib və bu, çox böyük uğurdur. Azərbaycan bildirib ki, işğaldakı torpaqlar azad edilərsə, o zaman sülh danışıqlarına başlaya bilər. Bütün bu mərhələləri keçəndən sonra Azərbaycanın hərbi əməliyyatları dayandırması aburd olar. Ölkə başçısı da bildirib ki, problem birdəfəlik həll olunmalıdır. Ölkə daxilindəki birlik, 50 partiya və 500 QHT-nin ali baş komandana dəstək verməsi, xarici diasporun da bu məsələdəki aktivliyi onu göstərir ki, xalq öz fədakarlığının pik nöqtəsindədir və bu fədakarlıq öz məntiqi sonluğuna çatmalıdır”.

Seymur ƏLİYEV

Geri dön