Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Ermənistanın mülki əhaliyə və mülki obyektlərə hücumları müharibə cinayəti hesab edilir
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm, Mədəniyyət > Ermənistanın mülki əhaliyə və mülki obyektlərə hücumları müharibə cinayəti hesab edilir

Ermənistanın mülki əhaliyə və mülki obyektlərə hücumları müharibə cinayəti hesab edilir


Ermənistan BMT Nizamnaməsinin 2.4-cü maddəsinin tələblərini pozaraq Azərbaycan Respublikasının ərazi bütövlüyünə hərbi təcavüz edib.

Azərbaycan Respublikası Ermənistanın davamlı hərbi təxribatlarına cavab olaraq BMT Nizamnaməsinin 51-ci maddəsində təsbit edilən özünümüdafiə hüququna istinadən hərbi əməliyyatlara işğal olunmuş ərazilərin azad edilməsi məqsədilə başlayıb. BMT Nizamnaməsinin 51-ci maddəsinə əsasən hərbi təcavüzdən müdafiə hüququ hər bir üzv dövlətin təbii hüququdur.

Bu fikirlər açıqlamasında ADA Universitetinin dosenti, hüquq üzrə fəlsəfə doktoru Fərid Əhmədov deyib.

O bildirib ki, Ermənistanın siyasi və hərbi rəhbərliyi beynəlxalq ictimaiyyəti çaşdırmaq məqsədini güdən, guya hərbi əməliyyatların qondarma Dağlıq Qarabağ hakimiyyəti tərəfindən aparıldığına dair həqiqətə uyğun olmayan məlumatlar yaymaqdadır. Bununla bağlı xatırlatmaq yerinə düşər ki, İnsan hüquqları üzrə Avropa Məhkəməsinin “Çıraqov və digərlərinin Ermənistana qarşı” işi üzrə qərarında Ermənistan respublikasının Dağlıq Qarabağ və onun ətrafında yerləşən yeddi rayon üzərində siyasi, hərbi, inzibati və maliyyə nəzarətini həyata keçirməklə həmin ərazilərə effektiv nəzarət etdiyi birmənalı qeyd olunur. Məhkəmənin qərarından hasil olan məntiq ondan ibarətdir ki, Dağlıq Qarabağda olan hakimiyyət bütün sahələr üzrə bilavasitə Ermənistana tabedir və müstəqil iradə ifadə etmək imkanına malik deyil. Bu fakt onu sübut edir ki, münaqişə tərəfləri müstəsna olaraq Azərbaycan və Ermənistandır və hərbi əməliyyatlar bilavasitə bu iki dövlət arasında baş verir.

“Hərbi əməliyyatlar başlayan gündən etibarən Ermənistan həm öz ərazisindən, həm də işğal olunmuş Azərbaycan torpaqlarından hərbi əməliyyatların aparıldığı ərazilərdən kənarda yerləşən şəhər, qəsəbə və kəndləri hərbi hücumlarının hədəfi olaraq seçir. Hərbi hücumlar zamanı Ermənistan ordusu müstəsna olaraq mülki əhali və mülki infrastruktur obyektlərini məqsədli şəkildə hədəfə alır. Ermənistanın bu hərəkətləri Cenevrə konvensiyalarında təsbit edilən və ümumilikdə beynəlxalq humanitar və adət hüququnun təməl prinsipi hesab edilən “fərqləndirmə prinsipini” (principle of distinction) kobud şəkildə pozur. Bu prinsipə görə münaqişə tərəfləri hərbi əməliyyatlar zamanı legitim və qeyri-legitim hədəfləri fərqləndirməli və heç bir halda qeyri-legitim hədəf hesab edilən mülki şəxsləri və obyektləri hədəfləməməlidir. Ermənistanın məqsədli şəkildə mülki əhaliyə və mülki obyektlərə hərbi hücumları müharibə cinayəti hesab edilir və bu hücumlarda iştirak edən hərbçilərin cinayət məsuliyyətinə cəlb edilməsi üçün əsasdır”, - deyə Fərid Əhmədov qeyd edib.

Geri dön