Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Güney Azərbaycan xəbərləri > İranlı deputat: “Ölkənin dərman ehtiyatı 2 aya tükənir”
İranlı deputat: “Ölkənin dərman ehtiyatı 2 aya tükənir” |
İran parlamentinin dərman və gigiyena komissiyasının üzvü Rəsul Xezri noyabrın 11-də jurnalistlərə açıqlama verib.Dava-dərman qıtlığından danışan Rəsul Xezri vəziyyətin böhranlı olduğunu bildirib: “İranda dərman ehtiyatı iki aya tükənir. Səhiyyə naziri dərman idxalı üçün ayrılmış vəsaitin nəyə sərf edildiyini bilmir. Nazirliyin standartlarına görə, anbarlarda ən azı 6 ay üçün dərman ehtiyatı saxlanmalıdır. Lakin son məlumatlarda bəlli olub ki, hazırda anbarlarda saxlanan dərman ehtiyatı iki aya qədər tükənir”.
Rəsul Xezri deyib ki, İran beynəlxalq sanksiyalar səbəbindən xarici şirkətlərdən aldığı dərmanların pulunu ödəməkdə məhdudiyyətlərlə üz-üzə qaldığına görə dava-dərmanı vaxtlı-vaxtında idxal edə bilmir, bu isə qıtlığa gətirib çıxarır. Geri dön |