Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm, Hərb > İlham Əliyev: «Azərbaycana qarşı təxribat cəhdləri artır»
İlham Əliyev: «Azərbaycana qarşı təxribat cəhdləri artır» |
«Bu gün Milli Təhlükəsizlik Nazirliyi inkişaf dövrünü yaşayır. Həm peşəkarlıq artır, eyni zamanda, Milli Təhlükəsizlik Nazirliyi tərəfindən xoşagəlməz halların aşkar edilməsinə və qabağının alınmasına baxmayaraq, əfsuslar olsun ki, onların sayı artır. Bu, onu göstərir ki, Azərbaycana qarşı edilən təxribat cəhdləri artır. Bu da təbiidir. Çünki ölkəmiz inkişafdadır».
Bunu ötən gün prezident İlham Əliyev Milli Təhlükəsizlik Nazirliyinin hərbi hospitalının açılışında deyib. Prezident bildirib ki, MTN öz üzərinə düşən funksiyaları şərəflə, ləyaqətlə yerinə yetirir. Prezidentin sözlərinə görə, MTN-in spesifikası ondan ibarətdir ki, fəaliyyəti geniş ictimaiyyətə bəzi hallarda o qədər də bəlli deyil: «Bu da təbiidir. Çünki dünyanın istənilən ölkəsində xüsusi təhlükəsizlik orqanlarının spesifikası bundan ibarətdir. Ancaq siz də bilirsiniz, mən də Ali Baş Komandan kimi bilirəm ki, sizin nə qədər böyük zəhmətiniz, fədakarlığınız, peşəkarlığınız olmuşdur ki, vətəndaşlarımız rahat yaşasınlar. Son illər ərzində Azərbaycana qarşı edilən terror, təxribat cəhdlərinə, xaricdən göndərilən casusluq şəbəkələrinin nümayəndələrinə, Azərbaycan dövləti və milli təhlükəsizlik orqanları tərəfindən layiqincə cavab verilib. Azərbaycan dövlətinin uğurlu inkişafı, Azərbaycan xalqının rahat yaşaması təmin edilib». Geri dön |