Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Dağlıq Qarabağ məsələsinin sonrakı tənzimlənməsində Türkiyənin rolu barədə dəqiq formul - ya hüquqi, ya da de-fakto...
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Xəbərlər, Siyasət, Özəl xəbər, Fərəc Quliyev > Dağlıq Qarabağ məsələsinin sonrakı tənzimlənməsində Türkiyənin rolu barədə dəqiq formul - ya hüquqi, ya da de-fakto...

Dağlıq Qarabağ məsələsinin sonrakı tənzimlənməsində Türkiyənin rolu barədə dəqiq formul - ya hüquqi, ya da de-fakto...


Fərəc Quliyev: “Qardaş ölkə ilə bazalarının ölkəmizdə yerləşdirilməsilə bağlı danışıqlara başlanmalıdır”

Prezident İlham Əliyev Rusiyanın RBK televiziya kanalına müsahibəsində deyib ki, Türkiyə münaqişənin nizamlanması işində mühüm rol oynamalıdır və oynayacaq. Dövlət başçısı bildirib:


"Yaxın vaxtlarda müsahibələrimin birində demişəm ki, Minsk Qrupu neçə illər bundan əvvəl – 1992-ci ildə, tamamilə başqa geosiyasi reallıqlar şəraitində formalaşıb. Əgər biz vasitəçilərin təmas qrupunu bu gün formalaşdırsaydıq, onun tərkibi fərqli olardı. Bu qrupun tərkibi münaqişə tərəflərinin niyyətlərini və istəklərini əks etdirməlidir. Minsk Qrupunun tərkibi isə, praktiki olaraq, bunları əks etdirmir. Yeni təmas qrupunun və ya hansısa işçi qrupun, – onu necə adlandırmaq vacib deyil, – tərkibi regionda mövcud qüvvələr balansını, region ölkələrinin mövcud maraqlarını əks etdirməli və nəticəyə istiqamətlənməlidir. Əks halda, bunun nə mənası var? Bunun heç bir mənası yoxdur. Əgər biz münaqişəni həll etmək istəyiriksə, o, yeni format çərçivəsində həll olunmalıdır. Baxın, son vaxtlar bir sıra qaynar nöqtələr barəsində ölkələrin mövqelərini razılaşdırmaq üçün nə qədər yeni əməkdaşlıq formatı yaradılıb - üçtərəfli, dördtərəfli. Axı, onlar indi yaradılır, hansısa ehkamlar əsasında deyil, real qüvvələr nisbəti əsasında yaradılır. Buna görə burada əsla şübhə ola bilməz ki, Türkiyə münaqişənin nizamlanması işində mühüm rol oynamalıdır və oynayacaq. Bunun hansı formada - hüquqi, yoxsa de-fakto həyata keçirilməsi artıq texniki məsələdir".

Göründüyü kimi, ölkə başçısı Türkiyənin nizamlanma işində mütləq iştirakının vacibliyini deyir və bunun ya hüquqi, ya da de-fakto həllini tapa biləcəyini vurğulayır. Əslində, ölkə başçısı Türkiyənin prosesdə iştirakının vacibliyi ilə bağlı olduqca maraqlı formul deyir. Bunun mümkünlüyü barədə ekspertlər nə düşünür?

Milli Dirçəliş Hərəkatı Partiyasının sədri Fərəc Quliyev “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, bu nəinki mümkündür, hətta çox vacibdir:


“Əvvəla biz tərəfik. Özü də ədalətsizliyə çox tuş gələn tərəfik. Müharibə faktiki olaraq bizim ərazimizdə gedir. Bəzən deyirlər ki, hər iki tərəfdən dağıntı var. Düz deyil, dağıntı bizim öz ərazimizdədir. Belə olan halda, seçimi Azərbaycan etməlidir. Əgər bu qədər üsütümüzə gəlib, imkan vermək istəmirlərsə, dinc yolla bizim güvəndiyimiz ölkələr prosesə əl qoymalıdır. Yoxsa Fransa kimi birisindən həmsədr kimi biz hansı obyektivliyi gözləyə bilərik? Bu ölkə açıq-açığına Ermənistanı dəstəkləyir. Dinc dönəmdə də monitorinq aparmaq adı ilə Fransa şirkətləri gəlib orada ermənilərə istehkamlar tikiblər. Rusiyanın davranışları da bitərəf deyil. 400 ton bir dəfə, 500 ton da növbəti zamanda Ermənistana silah göndərib. Hələ də bu işi davam etdirir. Türkiyə tərəfi təkcə burada deyil, bütün bölgədə sabitlik faktorudur. Biz bunu dünyanın müxtəlif coğrafiyalarında görürük. Türkiyə addımını qoyduğu yerlərə sülh aparıb. Türkiyənin Azərbaycanla bir yerdə olmasını sözdə yox, əməldə də göstərmək lazımdır. Qardaş ölkə ilə bazalarının ölkəmizdə yerləşdirilməsilə bağlı danışıqlara başlanmalıdır. Hər bir ölkənin istənilən ölkədən kömək istəmək hüququ var. İstənilən dövləti dəvət edə bilərsən ki, gəlib sənə kömək etsin. Bu, beynəlxalq hüquqda da təsbit olunub. Biz dostlarımızla düşmənlərimizi açıq şəkildə içitimaiyyətimizə tanıtmalıyıq. Prezident açıq şəkildə deyir ki, Rusiya Ermənistanı himayə edir. Türkiyə həmsədr olmasa da, ATƏT-in Minsk Qrupunda var. Hüquqi baxımdan da prosesdə iştirak edə bilər. Reallıqla isə 2+2 düsturu ilə məsələni həll etmək olar. Ermənistan-Rusiya, Azərbaycan-Türkiyə formatı tam balans yarada bilər. Söhbət atəşkəs edib danışmaqdan getmir. Torpaqda qan tökülməsini istəmirlərsə, heç bizim özümüz də bunu istəmirik. Buyursunlar, dinc yolla çıxsınlar torpağımızdan. Türkiyə mütləq qarantor rolunda olmalıdır. Rusiyanın qarantorluğunu gördük, Moskvadakı mürəkkəbin izi qurumamış Gəncəyə raket atdılar. Rusiya bura heç vaxt sülməramlı kimi daxil ola bilməz. Bunu etmək sitəyirsə, müharibə qurtarandan sonra gedib Ermənistanla bizim aramızdakı sərhəddə dura bilər. Bizim ərazimizdə bunu etmək mümkün deyil”.

Müsahibimiz onu da qeyd etdi ki, KTMT üzvü ölkə kimi Rusiya Ermənistanın daxilində istədiyini edə bilər.

Məhəmmədəli QƏRİBLİ

Geri dön