Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Xəbərlər, Siyasət, Özəl xəbər, Fərəc Quliyev > Vətən Müharibəsi həm də Azərbaycan xalqının möhtəşəmliyini üzə çıxarır
Vətən Müharibəsi həm də Azərbaycan xalqının möhtəşəmliyini üzə çıxarır |
Sentyabrın 27-də Ermənistanın Qarabağ cəbhəsindəki təxribatlarından sonra Azərbaycan tərəfin başlatdığı Vətən müharibəsinin qarşısını almaq üçün Rusiyanın hərəkətə keçməsi və oktyabrın 10-da münaqişə tərəfləri arasında Moskvada humanitar atəşkəs əldə olunmasına baxmayaraq, savaş bu gün də səngimir. Buna səbəb də təcavüzkar ölkənin təxribatlarını davam etdirməsidir.
Son yarım aydakı bu müharibə xalqımızın bir sıra fenomenal xüsusiyyətlərini yenidən meydana çıxardı. Millət olaraq bütövləşdik, işğal altındakı ərazilərimizi azad etmək üçün milli birlik nümayiş etdirdik, bütün dünyaya vətənpərvərlik hisslərimizin, döyüş ruhumuzun necə yüksək olduğunu göstərdik. Hər kəs bu xalqın torpaqlarının itkisi ilə barışmayacağına, onu mütləq geri qaytaracağına əmin oldu. Fərəc Quliyev: “Yenə də ”İlin xalqı" olaraq Azərbaycan xalqına ödül veriləcək" Milli Dirçəliş Hərəkatı Partiyasının sədri Fərəc Quliyev Azərbaycan xalqının bu keyfiyyətlərini belə izah etdi: “Azərbaycan bugünlərdə kütləvi fədakarlıq, qəhrəmanlıq edir. Hər kəs öz sahəsində döyüşür. 30 il idi ki, insanların hamısı bu savaş gününü gözləyirdi. Əlbəttə, burada milli xüsusiyyətlərdən çox şey asılıdır. Tarixən uşaqlar anadan olanda onlara qılınc oynatmağı, at minməyi öyrədirdilər. Türkün hər zaman qüdrətli dövləti olub. Bizim bütün zamanlarda millətimiz xalq, ordu olub. Dinc vaxtlarda mülki əhali çalışıbsa, savaş olanda qadınlar da daxil olmaqla, hamı döyüşə girib. Bu, milli xüsusiyyətdir. Həm də bu gün aparılan doğru siyasət, milləti təşkil etmək indiki vaxtda asan deyil. Xarici dövlətlərin burada qarışıqlıq saldığı zamanda milli birliyə nail olmaq təşkilatçılıqdan, dövlət başçısının ortaya qoyduğu milli iradədən çox şey asılıdır. Hesab edirəm ki, 50 siyasi partiyanın, demək olar ki, bütün siyasi qüvvələrin prezidentə dəstək verməsi, onun yanında olmasını bəyan etməsi çox nadir hadisələrdən biridir. Unutmayaq ki, Azərbaycan xalqı 1989-cu ildə ”İlin xalqı" elan olunmuşdu. Bir neçə ay əvvəl yazdığım statusda bildirmişdim ki, bəlkə də bu il Şuşada yenə də “İlin xalqı” olaraq Azərbaycan xalqına ödül veriləcək. Yəqin ki, bunu cənab Prezidentə verərlər. Siz media nümayəndələrinin, xaricdəki diasporamızın, Azərbaycandakı siyasi partiyalar və QHT-lərin, hər kəsin əlini daşın altına qoyması, ordu kimi davranması təbii ki, düşmənlərə göz dağıdır. Qələbəmizin kökündə də bu durur. Yoxsa Ermənistana biri mülki təyyarədə raket verəcək, biri gizli yollarla özünü müsəlman dövləti adlandıranların üzərindən 400, 900 ton silah-sursat göndərəcək. Bizdə isə hər şeyi insanlar edir. Millətin içərisində bir savaş istəyi varsa, silahın hansı keyfiyyətdə olması o qədər də mühüm deyil. Doğrudur, bizim çox gözəl silahlarımız var. Hərbi sahədəki üstünlüyümüz ortadadır. Amma insan amili çox mühümdür. Mark Taunun bir fikri ilə sözlərimi tamamlamaq istəyirəm. O deyir ki, bir dövlətin industrial qaynaqları, coğrafi mövqeyi, bütün imkanları olsun, insan amili doğru-düzgün dəyərləndirilmirsə, heç nəyə nail ola bilməz". Cavanşir ABBASLI/“Yeni Müsavat” Geri dön |