Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Yaponiyada intiharların sayı artıb
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm, Hadisə > Yaponiyada intiharların sayı artıb

Yaponiyada intiharların sayı artıb


Cari ilin sentyabrında Yaponiyada 1800-dən çox insan intihar edib. Bu ölkədə özünə qəsd halları 2019-cu ilin müvafiq dövrü ilə müqayisədə son üç ayda ardıcıl şəkildə artıb.

Yaponiya Polis İdarəsi xəbər verir ki, sentyabrda bütün ölkə üzrə 1805 nəfər intihar edib. Bu göstərici ötən ilin həmin dövrü ilə müqayisədə 143 nəfər və ya 8,6 faiz artıb.

İntihar yolu ilə həyatına qəsd edən kişilərin sayı bir il əvvəlki göstərici ilə müqayisədə 1166 nəfər və ya 0,4 faiz artıb. Özünə qəsd edən qadınların sayı isə 639 nəfər və ya 27,5 faiz təşkil edib.

Yaponiya hökumətinin intiharların səbəbinin koronavirus pandemiyası ilə əlaqəli olduğunu araşdırdığı bildirilir.

Geri dön