Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > COVID-19: Fransada son sutkada 12 mindən çox yeni yoluxma qeydə alınıb
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm, Sosial > COVID-19: Fransada son sutkada 12 mindən çox yeni yoluxma qeydə alınıb

COVID-19: Fransada son sutkada 12 mindən çox yeni yoluxma qeydə alınıb


Fransada son 24 saatda COVID-19 virusundan 117 ölüm faktı qeydə alınıb. Xəstəxanalarda problem getdikcə artmaqdadır. Son bir gündə xəstəxanalara 1633 xəstə qəbul olunub. Ölkədə koronavirusa yeni yoluxanların gündəlik sayı 12 993 olub

Bu haqda Fransa Səhiyyə İdarəsi məlumat verib.

Qeyd edilib ki, reanimasiya şöbələrində olan 1642 ağır xəstədən 226-sı son sutka ərzində qəbul olunub. Xəstəxanalarda ümumi 8 949 koronavirus xəstəsi var. Ölkədə COVID-19 epidemiyasından ölənlərin ümumi sayı 32 942-yə çatıb. Xəstəxanlarda yenidən çarpayı çatışmamazlığı özünü göstərir.

Hökumət epidemiyanın ikinci dalğasının qarşısını almaq məqsədilə yeni vasitələr araşdırır. Bu məqsədlə yeni sanitar müdafiə şurası yaradılıb.

Son 10 gün ərzində müxtəlif yaş tranşlarından olan 25 min könüllü potensial peyvəndin testi üçün Milli Səhiyyə və Tibbi Tədqiqatlar İnstitutuna (İnserm) müraciət edib. Potensial peyvənd sınağına ilin sonundan başlanılacağı bildirilib.

Bu arada Təhsil Nazirliyi tərəfindən müəllimlərə paylanmış maskaların tərkibində ziyanlı kimyəvi maddələr olduğu aşkarlanıb.

Geri dön