Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Yaponiyada superkompüter üz üçün yeni növ maskanın hazırlanmasına kömək edib
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm, Sağlıq > Yaponiyada superkompüter üz üçün yeni növ maskanın hazırlanmasına kömək edib

Yaponiyada superkompüter üz üçün yeni növ maskanın hazırlanmasına kömək edib


Yaponiyalı tədqiqatçılar “Fudaku” superkompüterinin təqdim etdiyi məlumatlar əsasında üz üçün koronavirusa yoluxma riskini xeyli azaldan yeni maska hazırlayıblar.

“RIKEN” Tədqiqat İnstitutu artıq üz üçün yeni maskanı ictimaiyyətə təqdim edib. Yeni maskanın “Suntory Liquors” içki şirkəti və “Toppan” poliqrafiya şirkəti ilə birlikdə hazırlandığı qeyd edilir.

Bildirilir ki, üz üçün yeni maska hazırlanarkən ağızdan su damcılarının yayılmasının qarşısını alan bu vasitənin çoxsaylı nümunələri təhlil edilib.

Tədqiqatçıların bildirdiyinə görə, hazırda populyar olan tibbi maskaların əksəriyyəti ağız damcılarının təqribən 30 faizinin yayılamasının qarşısını alır. Yeni maskanın bu göstəricisi isə 70 faizə çatır.

Eyni zamanda, üz üçün yeni maskanın həm eynəkdən, həmdə maskadan ibarət olduğu bildirilir. Yemək yeyərkən və su içərkən onu çıxarmağın çox rahat olduğu da qeyd edilir.

Geri dön