Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Azərbaycan Dillər Universitetində birinci kurs tələbələri ilə tanışlıq görüşü
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm, Mədəniyyət > Azərbaycan Dillər Universitetində birinci kurs tələbələri ilə tanışlıq görüşü

Azərbaycan Dillər Universitetində birinci kurs tələbələri ilə tanışlıq görüşü


Azərbaycan Dillər Universitetində (ADU) birinci kurs tələbələri ilə tanışlıq görüşü keçirilib.

Fakültə dekanları, kafedra müdirləri və universitetin digər professor-müəllim heyəti ölkənin qabaqcıl universitetlərindən biri olan ADU-nu seçdiklərinə görə tələbələrə, onların valideynlərinə minnətdarlıqlarını bildiriblər.

ADU-dan bildirilib ki, görüş zamanı rektor Kamal Abdullanın tələbə adını qazanmaqları münasibətilə gənclərə ünvanlanan təbrikləri çatdırılıb.

Universitetin peşəkar professor-müəllim heyətindən bəhs edən dekanlar mövcud təhsil və tədris sistemi, kredit sistemi ilə tədrisin təşkili, fakültələrin və dil və mədəniyyət mərkəzlərinin fəaliyyəti, tələbələrin biliyinin qiymətləndirilməsi, daxili nizam-intizam qaydaları haqqında məlumat veriblər. Ali təhsil müəssisəsində imtahanların mərkəzləşdirilmiş qaydada təşkil olunduğu və ictimaiyyətə açıq keçirildiyi də vurğulanıb.

Görüşdə bildirilib ki, müvafiq kurslarda tələbələr tədris boyu nəzəri biliklərlə yanaşı, ixtisaslarına uyğun olaraq, istehsalat müəssisələrində praktiki biliklərə də yiyələnəcəklər. Distant və ənənəvi təhsil formalarından asılı olmayaraq hər bir tələbənin dərslərə ciddi yanaşması, onlar üçün yaradılan şəraitdən maksimum faydalanması tövsiyə edilib və təhsillərində uğurlar arzulanıb.

ADU-da həyata keçirilən yeniliklər barədə məlumat əldə etdikdən sonra tələbələr ali təhsil ocağındakı kafedralar, müxtəlif ölkələrin universitetdə fəaliyyət göstərən dil və mədəniyyət mərkəzləri, elmi-tədqiqat laboratoriyaları, kitabxana, auditoriyalardakı müasir infrastruktur və tədris prosesində istifadə olunan ən müasir texnoloji imkanlar, asudə vaxtlarını daha səmərəli keçirmələri üçün Tələbə Gənclər Təşkilatının nəzdində fəaliyyət göstərən klubların fəaliyyəti ilə yaxından tanış olublar.

Sonda tələbələri maraqlandıran suallar cavablandırılıb.

Qeyd edək ki, 2020/2021-ci tədris ilində ADU-ya qəbul göstəricisi 95,37 faiz olub. Ümumilikdə təhsilin bakalavr səviyyəsi üzrə universitetin I kursuna 1607 nəfər qəbul olunub.

Geri dön