Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > İranın İsfahan və Əlbürz əyalətlərində daha 55 nəfər koronavirusdan ölüb
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz > İranın İsfahan və Əlbürz əyalətlərində daha 55 nəfər koronavirusdan ölüb

İranın İsfahan və Əlbürz əyalətlərində daha 55 nəfər koronavirusdan ölüb


Bu barədə oktyabrın 15-də məlumat yayan İsfahan Tibb Universitetinin sözçüsü Arəş Nəcimi deyib ki, xəstəliyə y6oluxanlardan 165 nəfəri İsfahan Tibb Universitetinin nəzdində fəaliyyə gösrtərən xəstəxanalara yerləşdirilib: “Bununla da hazırda İsfahan Tibb Universitetinin nəzdində fəaliyyət göstərən xəstəxanalarda müalicə alanların sayı 1635 nəfərə çatıb.


Ötən 1 gündə 185 nəfər xəstəlikdən sağalaraq evə buraxılıb. Təəssüflər olsun ki, hazırda vəziyyəti ağır olan 321 nəfər İsfahan xəstəxanalarının reanimasiya şöbələrində saxlanılır” -deyə, İsfahan Tibb Universitetinin sözçüsü Arəş Nəcimi əlavə edib.


Son 1 gün ərzində həmçinin yoluxucu xəstəlikdən 22 nəfər də Əlbürz əyalətində vəfat edib.


Əlbürz Tibb Universitetinin rektoru Məhəmməd Fəthi bu gün mediaya açıqlamasında deyib ki, dünəndən bu günə qədər çoxlu sayda insan “Covid-19” simptomları ilə tibb mərkəzlərinə müraciət edib və onlardan 119 nəfəri xəstəxanalara yerləşdirilib: “Hazırda isə 743 nəfər Əlbürz əyalətinin xəstəxanalarında müalicəsini davam etdirir və onlardan 346 nəfəriin qəti şəkildə xəstəliyə yolxması təsdiq edilib.


Təəssüflər olsun ki, son sutkada daha 22 ölüm halının qeydə alınması ilə Əlbürz əyalətində bu günə qədər xəstəlikdən ölənlərin sayı 1373 nəfərə yüksəlib” -deyə, Əlbürz Tibb Universitetinin rektoru Məhəmməd Fəthi bəyan edib

Geri dön