Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Xəbərlər, Siyasət, Özəl xəbər, Fərəc Quliyev > Qələbədən sonra Qarabağda ermənilərlə birgə yaşayış necə olacaq?
Qələbədən sonra Qarabağda ermənilərlə birgə yaşayış necə olacaq? |
Rəşadətli ordumuzun apardığı vətən müharibəsi, şəhidlərimizin qanı bahasına qazanılan zəfərlər qələbə gününün çox da uzaqda olmadığından xəbər verir. Hazırda Azərbaycan cəmiyyətində hər kəs vətən savaşına və qələbəyə köklənib.
Dağlıq Qarabağın və işğalda olan digər rayonların azad olunmasından sonra dövlətin orada görəcəyi böyük işlər, inkişaf proqramları, qaçqın və məcburi köçkünlərin məskunlaşması gözləniləndir. Lakin qarşıda duran əsas məsələlərdən biri də Dağlıq Qarabağın erməni əsilli əhalisi ilə azərbaycanlıların birgəyaşayışıdır. Fərəc Quliyev: “Dağlıq Qarabağdakı erməniəsilli azərbaycanlılar Ermənistanın girovuna çevriliblər” “Yeni Müsavat”a açıqlamasında sabiq deputat Fərəc Quliyev vurğuladı ki, Azərbaycan Ermənistandan fərqli olaraq monoetnik dövlət deyil, cəmiyyətimizdə bütün etnoslara münasibətimiz bərabərdir: “Bizi bütün dünyada nümunə göstərirlər. Azərbaycanda bütün dinlərə də münasibət eynidir. Məscidlər də, kilsələr də, sinaqoqlar da eyni şərtlərlə fəaliyyət göstərirlər. Təsadüfi deyil ki, bir neçə gün öncə Gəncəyə raket atılanda erməni əsilli azərbaycanlı yaralandı. Bunu bilə-bilə azərbaycanlılar Azərbaycan vətəndaşı olan həmin ermənini xilas edib təcili yardıma aparıblar, ona qarşı hər hansı nifrət hissi də göstərməyiblər. Bu gün də Azərbaycanda ermənilər yaşayırlar. Azərbaycan prezidenti də, dövlətimiz də, xalqımız da belə düşünür ki, erməni əsilli azərbaycanlılar, burada doğulanlar, təbii ki, Azərbaycana qarşı silah qaldırmayanlar (bu faktor da araşdırılmalıdır), döyüşməyənlər qanunlarımıza və Konstitusiyamıza əməl etməklə normal vətəndaş kimi yaşaya bilərlər. Biz burada hər hansı problem görmürük”. Onun sözlərinə görə, bu gün Dağlıq Qarabağda erməniəsilli azərbaycanlılar Ermənistanın girovuna çevriliblər: “Azərbaycan hazırda apardığı hərbi əməliyyatlarla onları da girov vəziyyətindən çıxarır. Bütün dünya bilməlidir ki, bizim savaşımız dinc əhali ilə yox, Ermənistanın işğalçı ordusu ilədir. Dəfələrlə də bildirmişik ki, dinc yolla bu ordu buradan çıxıb gedərsə, bizim heç bir ölkə ilə problemimiz yoxdur. Aparılan əməliyyatlar da sülhə məcburetmə əməliyyatlarıdır. Ermənistanın burada törətdiyi hadisələrə baxmayaraq Azərbaycanda yaşamış, doğulmuş erməni əsilli azərbaycanlılar digər vətəndaşlarla eyni hüquqla yaşaya bilərlər. Biz başqa millətlərə qarşı etnik təmizləmə işi görməyən bir dövlətik. Tarixən belə olub, türklər imperiya dövründə belə getdikləri torpaqlarda kilsələri də qoruyublar, insanlara da təhlükəsiz yaşamaq üçün hər cür şərait yaradıblar. Ona görə də, bizim bu savaşı bütün dünya normal qarşılamalıdır. Erməni vətəndaşların necə davranacağı artıq gələcəyin işidir. Millətindən asılı olmayaraq Azərbaycan dövlətinə qarşı kimsə separatçı hərəkət edərsə, qanunları pozarsa, qanun qarşısında cavab verəcək. Azərbaycan Daxili İşlər Nazirliyi , Dövlət Təhlükəsilik Xidməti və başqa orqanlar hər kəs üzərində olduğu kimi, erməni əsilli azərbaycanlılar üzərində də nəzarəti aparacaqlar. Gələcəkdə kimsə qanuna əməl etməzsə, buna cavab verəcək. Ancaq bizim indi bu məsələni başqa şəkildə qoymağımız doğru olmazdı”. Nərgiz LİFTİYEVA/“Yeni Müsavat” Geri dön |