Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Xəbərlər, Siyasət, Özəl xəbər, Fərəc Quliyev > Fərəc Quliyev: Çox yaxın zamanlarda hamımız qələbə sevinci ilə sevinərik
Fərəc Quliyev: Çox yaxın zamanlarda hamımız qələbə sevinci ilə sevinərik |
Hansı siyasətçilər yaxınları cəbhədədir? –açıqlama
Milli Dirçəliş Hərəkatı Partiyasının sədri Fərəc Quliyev isə yaxın qohumunun döyüşlərdə şəhid olduğunu dedi: “Üzüntü ilə deyim ki, bibim nəvəsi şəhid olub və hələ də onu döyüş meydanından götürə bilməyiblər. Bacım oğlu da döyüşlərdədir. Oğlum da könüllü olaraq səfərbərliyə yazılıb, artıq qeydiyyatdan keçib. Digər qohumlarımız, dostlarımız da hərbi xidmətdə zabit və əsgərlərdir. Qeyd edim ki, bu hansısa siyasi mövqe deyil, vətəndaşlıq mövqeyidir. Düşmən güllə atanda baxmır ki, kim siyasətlə məşğul olub və sairə. Düşmən Zəhradan tutmuş digər balaca övladlarımızı vurub, öldürdü. Ona görə də siyasi sferasından və kimin harada olmasından daha çox hər kəsin vətəndaş kimi öz üzərinə düşən öhdəçiliyi və “mən nə edə bilərəm?” mövqeyini ortaya qoyur. Şəhidlər hamımızındır. Allah şəhidlərimizə rəhmət eləsin, döyüşən əsgərlərmizin hamısını sağ-salamat etsin, onlar qazi kimi geri dönsünlər. Mən artıq ikinci dəfə partiya adından ön cəbhədə döyüşən əsgərlərimizə əlimizdən gələn qədər sovqatlar, yardımlar göndərmişik. Bu dəfə etdiklərimiz tank qoşunlarına çatdırıldı. Qeyd edim ki, hərbi hospitallarda da olmuşuq. Yaralanan əsgərlərimiz savaş üçün can atırlar ki, bir balaca düzələn kimi döyüşə atılsınlar. Yəni, əsgərlərimizin döyüş əzmi çox yüksəkdir. Həmçinin yerli əhalinin da əsgərlərə münasibəti çox gözəldir. Xalqımız fədakarlıq, qəhrəmanlıq edir. Belə bir xalqın qarısında heç kəs dayana bilməz. Prezidentimizin də iradəsi milli iradədir. Ölkəmin bu iradəsi və bu əhval-ruhiyyəsi ilə hesab edirəm ki, çox yaxın zamanlarda hamımız qələbə sevinci ilə sevinərik”. Xalidə Gəray/“Yeni Müsavat” Geri dön |