Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Xəbərlər, Hərb > Tuva Respublikasının paytaxtı Kızıl şəhərinin azərbaycanlı deputatı Dağlıq Qarabağda gedən döyüşlərdən danışıb
Tuva Respublikasının paytaxtı Kızıl şəhərinin azərbaycanlı deputatı Dağlıq Qarabağda gedən döyüşlərdən danışıb |
Rusiyanın Tuva Respublikasının paytaxtı Kızıl şəhərinin deputatı, Tuva Karate Federasiyasının prezidenti Çingiz Əliyev yerli “KrasNews.com” saytına Dağlıq Qarabağdakı vəziyyətlə bağlı açıqlama ver
Çingiz Əliyev sentyabrın 27-dən başlayaraq Azərbaycan Silahlı Qüvvələrinin Dağlıq Qarabağda antiterror əməliyyatına başladığını qeyd edib. Deputat bəzi KİV-lərdə Dağlıq Qarabağda baş verən hadisələrin birtərəfli işıqlandırıldığına, Azərbaycanın haqlı mövqeyinin düzgün təqdim edilmədiyinə təəssüfünü ifadə edib. O xatırladıb ki, Dağlıq Qarabağ hər zaman Azərbaycanın tərkib hissəsi olub. “Hər bir internet istifadəçisi bu məlumatı tapa və onunla tanış ola bilər. BMT TŞ-nin 1993-cü il tarixli dörd qətnaməsi Rusiya Federasiyası tərəfindən də qəbul edilib və dəstəklənib. Bundan başqa, birmənalı şəkildə Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyən və vaxtilə silahlı separatçılıq problemi ilə üzləşən Rusiyanın özü ATƏT-in Minsk qrupunun həmsədr ölkəsidir. Lakin beynəlxalq hüquq normalarına və vasitəçi ölkələrin çağırışlarına məhəl qoymayan Ermənistan danışıqlar prosesində destruktiv mövqeyini nümayiş etdirir və bununla da qonşu suveren dövlətin ərazilərinin beşdə birini işğal altında saxlamağa çalışır. Eyni zamanda, Rusiyanın münaqişəyə müdaxilə etməsini istəyən bəzi erməni əsilli biznesmenlərin, politoloqların çağırışları da hiddət doğurur. Mən bu insanlardan soruşmaq istəyirəm ki, bu yanaşmada onlar nəyi rəhbər tuturlar?”, - deyə Ç.Əliyev bildirib. Millət vəkili xatırladıb ki, RİA "Novosti"yə müsahibəsində Azərbaycan Prezidenti İlham Əliyevin Dağlıq Qarabağda həm azərbaycanlıların, həm də ermənilərin dinc yanaşı yaşaya biləcəyini vurğulayıb. Hazırda işğalçı qoşunların Azərbaycan ərazilərindən çıxarılması prosesinə başlamaq, həm erməni, həm də Azərbaycan icmalarının yenidən sülh və qarşılıqlı anlaşma şəraitində yaşamasına şərait yaratmaq lazımdır. Çingiz Əliyev vurğulayıb ki, hərbi əməliyyatlar siyasi-diplomatik səylərin nəticəsiz qalması səbəbindən başlanıb. “Hərbi əməliyyatların Azərbaycanın beynəlxalq aləmdə tanınmış ərazilərində aparıldığını, kənd və şəhərlərin dinc sakinlərinin hücumlara məruz qaldıqlarını, həlak olduqlarını, xəsarət aldıqlarını, əmlaklarını itirdiklərini qeyd etmək olduqca vacibdir. Hər bir dövlət kimi, Azərbaycanın Silahlı Qüvvələri də öz ölkəsinin suverenliyini, ərazi bütövlüyünü və təhlükəsizliyini müdafiə edir. Son dərəcə ağır vəziyyətə baxmayaraq, Azərbaycan Prezidenti İlham Əliyev bəyan edib ki, Azərbaycan tərəfi dərhal danışıqlara başlamağa hazırdır. Təəssüf ki, Moskvada əldə edilmiş razılaşmalardan bir gün sonra düşmən Gəncə şəhərinin dinc əhalisinə gecə saatlarında hücum edib, nəticədə 10 nəfər həlak olub, 40-dan çox insan yaralanıb. Bunu mürəkkəb dövrdə münaqişə tərəfləri arasında dialoqu bərpa etməyə çalışan Rusiyanın sülhməramlı səylərinə son dərəcə hörmətsizlik kimi başa düşmək lazımdır. Geri dön |