Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Milli Kitabxanada “Qarabağ xalçaları” sərgisi açılıb
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm, Mədəniyyət > Milli Kitabxanada “Qarabağ xalçaları” sərgisi açılıb

Milli Kitabxanada “Qarabağ xalçaları” sərgisi açılıb


Qarabağ Azərbaycanın qədim tarixi bölgələrindən biridir. Azərbaycanın ayrılmaz tərkib hissəsi olan Qarabağın ən mühüm özəlliklərindən biri özünəməxsus xalçaçılıq məktəbinin formalaşmasıdır. Qarabağ xalçalarının motivləri öz bədii dəyərinə və təsvirinin orijinallığına görə bənzərsizdir. Qarabağ xalçaları və xalça kompozisiyası əsasında toxunan tikmələr bu gün dünyanın bir çox ölkələrində yaşayan kolleksionerlərin və muzeylərin sənət əsərləri içərisində ən dəyərli, nadir incilər kimi saxlanılır və nümayiş edilir. Bu inciləri virtual istifadəçilərə çatdırmaq məqsədilə M.F.Axundzadə adına Azərbaycan Milli Kitabxanası “Qarabağ xalçaları” adlı onlayn sərgi hazırlayıb.

Kitabxanadan bildirilib ki, virtual sərgidə Qarabağın ən qədim xalçaları, onların təsnifatı, əyani-vizual görüntüləri və qısa tarixi öz əksini tapıb. Sərgi Azərbaycan və ingilis dillərində təqdim olunur.

Virtual sərgi ilə tanış olmaq istəyənlər http://anl.az/el/vsb/Qarabag_xalcalari/index.htm linkindən istifadə edə bilərlər.

Geri dön